Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb

Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşübKürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb.
Bu barədə Neftçala və Salyan rayon sakinləri Report-un Aran bürosuna bildirib.
Belə ki, dəniz suyunun Kürə qarışmasının qarşısını almaq məqsədi ilə çayın deltasında suaşıran bəndlərin vurulması başa çatıb. Belə bir halda Kürdə suyun səviyyəsi qalxmalı, suaşırıcı bəndlərin üzərindən su keçməli idi. Amma Kür günbəgün qurumaqda davam edir, əkin sahələrinin suvarılmasında problem yaranıb.
Hazırda şor suyun Kürə qarışmasının qarşısı alınsa da, vəzyyət heç də ürəkaçan deyil. Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb.
Sakinlər deyir ki, axıntı olmadığından çay ciddi çirklənməyə məruz qalıb. Vəziyyət o həddə çatıb ki, indi Kürün suyundan istifadə etmək mümkün deyil.
Çayda su səviyyəsinin aşağı düşməsi su nasoslarına da ciddi təsir göstərib. Kür ətrafında quraşdırılmış su nasoslarının boruları havadan asılı qaldığından sugötürmə qabiliyyətini itirib. Artıq bəzi nasoslar sıradan çıxıb.
Salyanda isə vəziyyət daha acınacaqlıdır. Çayda suyun səviyyəsi həddən artıq aşağı düşdüyündən Kür adi kanala çevrilib. Burada da su nasoslarının əksəriyyəti quruda qalıb. Əkin sahələrinin suvarılmasında çətinlikər yaranıb.
Sakinlər Kürdə suyun səviyyəsinin aşağı düşmə səbəbini Mingəçevir su anbarından suyun az buraxılması ilə əlaqələndirir.
Mütəxəssislər hesab edir ki, Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılarsa, Kür çayının aşağı axınında yaranmış gərginliyi aradan qaldırmaq olar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında (ETSN) Milli Hidrometeorologiya Xidmətindən (MHX) yerli büroya bildirilib ki, aprel-iyun aylarında Kürdə gursululuğun artması, eyni zamanda anbardan çayın aşağı axınına buraxılan suyun həcminin çoxalması problemin həllinə ümid verir. / azxeber.com

Sosial       Tarix: 05 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim metbuat xeberleri az xeber sonxəbərlər