"Laçın malların çatdırılmasında yeganə yol deyil" - ETİRAF

"Xankəndinə gedən yüklər ona görə yolda qalıb ki, Ermənistan hökumətinin məqsədi Qarabağ ermənilərinə yardım çatdırmaq deyil, oxunu Rusiya sülhməramlılarına tuşlamaqla yükün çata bilməyəcəyini qabarıq şəkildə göstərməkdir".
KONKRET.az xəbər verir ki bu fikirləri "Rusya ilə güclü Ermənistan" Yeni Birlik Hərəkatının idarəetmə şurasının üzvü Ayk Babuxanyan müsahibəsinin ikinci hissəsində vurğulayıb.
Müsahibədə oxucularımız üçün maraqlı olan hissələri təqdim edirik:
– Nikol başda olmaqla Ermənistan hakimiyyətinin durmadan nümayiş etdirməyə çalışdığı bu şounun məqsədi hər kəsə aydındır. Nikol vəziyyəti qəsdən o qədər mürəkkəbləşdirib ki, 9 noyabr razılaşmasında nəzərdə tutulan proses həyata keçirilməsin. İndi malların Ağdamdan gətirilə biləcəyi barədə söz-söhbətlər var. Mən müsahibələrimdə bunu dəfələrlə qeyd etmişəm ki, Laçın Qarabağ ermənilərinə malların çatdırılmasında yeganə yol deyil. Bütün problem bu yükləri kimin çatdırması və kimin yükləri olmasıdır. Əgər onlar azərbaycanlıdırsa və Azərbaycan onları çatdırmağa çalışırsa, təbii ki, buna yol vermək olmaz. Amma yükü daşıyan ölkələr, məsələn Fransa və ABŞ Xankəndiyə və erməni millətinə kömək etməkdə maraqlıdırlarsa, onda məncə onların da o yolla getməsi normaldır. Təki mallar Xankəndiyə çatsın. Təbii ki, biz Azərbaycandan heç bir yardım və dəstək istəmirik, çünki o dövlətin məqsədi erməniləri soyqırım etməkdir. Amma əgər mal ABŞ və ya Fransa vasitəsilə gəlirsə, istər Ağdam marşrutu ilə, istərsə də mövcud olan başqa bir marşrutla, yenə deyirəm, bu, normaldır.
– Qorxmursunuz ki, bu yolla Ağdamdan keçən yol qanuniləşəcək və biz Laçın dəhlizinin açılması ümidlərindən tamamilə geri çəkiləcəyik?
– Laçın başqa mövzudur, yol deyil, dəhlizdir, 2020-ci ildə müəyyənləşən başqa statusu var. Noyabrın 9-dakı razılaşmaya görə, o müqavilədə də çoxlu tələblər, bəndlər var ki, əksəriyyəti yerinə yetirilməyib və Rusiyanın vasitəçiliyi ilə onlarla bağlı danışıqlar aparılır. Böyük ölçüdə dəhlizin bağlanması Ermənistan və Azərbaycanın koordinasiyalı fəaliyyəti nəticəsində baş verir. Amma təkrar edirəm: Laçın dəhlizi başqa mövzudur, Xankəndiyə humanitar yardımın çatdırılması isə başqa mövzudur. Ona görə də mən Azərbaycan və Türkiyədən başqa bütün ölkələri Qarabağa humanitar yüklər daşımağa çağırıram ki, onlar bunu bir çox cəhətdən edə bilərlər.
– Amma Azərbaycan bunu da vurğulayır ki, blokada yoxdur, Ağdamdan keçən yol açıqdır, bunu Şarlz Mişel, Toyvo Klar və başqaları da təkrarlayır…
– Aydındır ki, ermənilər bu yolla gedə bilməz. Məsələn, mən maşına minib Ağdam yolu ilə Xankəninə girə bilmirəm, o yolla da erməni malı da girə bilməz. Söhbət başqa dövlətlərin edə biləcəyi birdəfəlik humanitar yardımdan gedir. Bu yol Laçın dəhlizinə alternativ deyil. Laçın dəhlizi Ermənistan Respublikası ilə Xankəndi arasında yol deyil, 5 km eni dəhliz olan bir əlaqədir və ona tam şəkildə Rusiya sülhməramlıları nəzarət etməlidir. Razılaşma belədir, amma Azərbaycan onu pozduğuna görə iş irəli getmir.
Bu səbəbdən mən ABŞ və Fransanın səfirlərinə, eləcə də bu fəlakətin qarşısını almaqda maraqlı olan digər ölkələrə müraciət edirəm ki, istənilən yolla malları Qarabağa çatdırsınlar. Belə olan halda hesab edəcəm ki, onlar həqiqətən də bu gün Qarabağın erməni əhalisinə ən azı humanitar yardım göstərməkdə maraqlıdırlar".
A.Babuxanyan öz müsahibəsində daha sonra vurğulayıb: "Aydındır ki, vahid müxalifət cəbhəsi yaradılmasa, hər şey Nikolun planlaşdırdığı kimi olacaq. Təəssüf ki, Ermənistanı və Qarabağı xilas etmək əvəzinə aktiv siyasi proseslərə dəstək verməli olan erməni biznesmenləri hələ də öz ciblərini doldurmaqla məşğuldur. Məsələn, erməni biznesi Nikolun partiyasına və ya eyni mahnını oxuyan qüvvələrə külli miqdarda pul köçürür. Bununla isə bu və ya digər şəkildə Ermənistanda Türkiyənin, Azərbaycanın, ABŞ-ın maraqlarını həyata keçirirlər".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 03 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari sou xeberler bu gunun xeberleri hava proqnozu