Laçındakı gərginliyin nəticəsi nə olacaq? - 'Hərbi toqquşmalar olarsa...'

Laçındakı gərginliyin nəticəsi nə olacaq? - 'Hərbi toqquşmalar olarsa...'Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan arasında son zamanlar Laçın dəhlizində baş verənlər fonunda gərginlik müşahidə olunur. Elə bu gərginlik ərəfəsində ABŞ Dövlət katibi Antony Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Qarabağdakı humanitar vəziyyətdən "dərin narahatlığını" bildirib. Ermənistan isə Azərbaycanı qəsdən humanitar böhran yaratmaqda ittiham edir. "Humanitar böhran" iddialarını rədd edən rəsmi Bakı Qarabağın beynəlxalq səviyyədə onun ərazisi kimi tanındığını və buna görə Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin təminatını həyata keçirməyə hazır olduğunu bildirib. Rəsmi Bakı qarşı tərəfə humanitar təminat üçün Ağdam-Xankəndi yolunu da təklif edir. Erməni tərəfi isə bundan imtina edir.
Bu hadisələrin fonunda  Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən, əli azərbaycanlıların qanına batmış Vaqif Xaçatryan adlı şəxsin Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi gərginliyin daha fərqli fazaya keçdiyini göstərir. 
Bəs, bu gərginlik yaxın günlərdə Azərbaycan-Ermənistan arasında hərbi toqquşmanın yaranmasına gətirib çıxarda bilərmi?
Laçındakı gərginliyin nəticəsi nə olacaq? - 'Hərbi toqquşmalar olarsa...'azxeber.com-a danışan hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, Azərbaycan-Ermənistan sərhəddində bu gün humanitar yük adı altında aksiya keçirməsi, siyasi manipuliyasiya xarakterli təxribatdır:
"Bu təxribatların toqquşmaya dönməsi ehtimalı daim mövcuddur. Lakin Azərbaycan tərəfin qəbul etdiyi qərarlar həmişə olduğu kimi bu dəfə də qətiyyətlidir. Heç bir halda Laçın yolu Ermənistanın  humanitar yükləri daşınması məqsədi ilə açılmayacaq. Azərbaycan tərəfi bunun üçün Ağdam-Xankəndi yolunu təklif edib. Bu təklif hələlik qüvvədədir. Ermənilər ya Ağdam-Xankəndi yolundan istifadə edəcəklər, ya da həmin maşın karvanlarını çıxdığı yerə qaytaracaqlar".
Hərbi ekspertin fikirincə, hərbi toqquşma ehtimalı hər an ola bilər:
"Bu ehtimalı nə indi, nə də yaxın gələcək üçün istisna etmək doğru olmaz. Önəmli olan bu toqquşmalara Azərbaycan Ordusunun daim hazır olmasıdır. Güc strukturları bu təxribatların qarşısının alınması üçün fəaliyyət planına malik olmalı, döyüş hazırlığını yüksək səviyyədə saxlamalıdırlar".
Politoloq Qabil Hüseynli isə, hərbi ekspert Ədalət Verdiyevdən fərqli olaraq hazırki gərginliyin insidentlə nəticələnməyəcəyini düşünür. azxeber.com-a danışan ekspert təxribat ehtimalını isə istisna etmir:
Laçındakı gərginliyin nəticəsi nə olacaq? - 'Hərbi toqquşmalar olarsa...'"İndi ermənilər bəzi ölkələrin, beynəlxalq təşkilatların gücündən istifadə edərək təzyiq göstərirlər ki, humanitar yük karvanı dedikləri yüklər Xankəndinə buraxılsın. Azərbaycan haqlı olaraq bunun qeyri-qanuni olduğunu, yükləri  buraxmayacağını bildirir. Ermənilər humanitar böhran məsələsindən siyasi arzularını həyata keçirmək üçün müxtəlif şoular düzəldirlər. Bu yüklər buraxılmadıqda, Azərbaycanın Qarabağda yaşayan erməniləri blokadada saxladığını iddia edirlər. Təəssüf ki, bəziləri bu yalanlara inanır".
Politoloqun fikrincə, aparıcı güclər ermənilərin bu yolla, heç bir məlumat vermədən başqa dövlətin suveren ərazilərinə daxil olmaq istədiklərinin fərqindədirlər:
"Azərbaycan humanitar yardım üçün alternativ yolu, Ağdam-Xankəndi yolundan istifadə təklifini irəli sürüb. Ermənilər daxillərindəki gərginliyi azaltmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün 
təklif olunan yolla razılaşmırlar. Bu vəziyyət münasibətləri gərginləşdirir. Ancaq bunun qarşıdurmaya, silahlı toqquşmaya gətirib çıxaracağını zənn etmirəm".
Şəbnəm Zahir

Siyasi       Tarix: 01 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari sou xeberler bu gunun xeberleri hava proqnozu