Lalə Dadaşova: "Elçin narkotikə qurşananda ondan ayrıldım
Lalə Dadaşova: "Elçin narkotikə qurşananda ondan ayrıldım"
"Rəfiqələrim bizə qonaq gələndə deyirdilər ki, həyat yoldaşın Elçin tamamilə fərqli bir insandır. Səhnəyə çıxır, hərəkət etmir, sadəcə ciddi vəziyyət alır, mahnısını ifa edir. Mən də cavab verirdim ki, o evdə tamam fərqli insan olur".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Lalə Dadaşova qonaq olduğu verilişlərdən birinə müsahibəsində deyib. Sənətçi mərhum həyat yoldaşı, müğənni Elçin Cəlilovdan danışıb:
"Elçin başqa otağa keçib, mənim paltarımı geyinib, apelsinləri bədəninə qoyub, üzünü-gözünü bəzəyib, "kraska-pudra" sürtüb, başını da güllərlə bəzədilən saç yığanımı taxıb qapını açıb girirdi içəri. İnanın, elə gözəl qrim edirdi ki, onu heç tanımaq olmurdu (gülür). Bizi o qədər güldürürdü ki...
Elçin narkotikə qurşanandan sonra onun qarşısına seçim qoydum: Ya mən və ailən, ya da narkotik. İkisindən birini seçməli idi. Mənə söz verdi ki, evdə narkotikdən müalicə olunacaq. Məşhur olduğundan onu xəstəxanaya yatızdıra bilməzdik.
Çünki insanlar bilsə, bütün Azərbaycanda biabır olacaqdıq. Elçin evdə müalicə olunurdu. Üç dəfə müalicə olunandan sonra narkotiki yenə də tərgitmədi. Bunu biləndə ondan ayrıldım".
Qeyd edək ki, E.Cəlilov 2005-ci il mayın 10-da vəfat edib. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var