Lalə Şövkət və Etibar Məmmədov siyasətə geri dönür? - ƏTRAFLI

Lalə Şövkət və Etibar Məmmədov siyasətə geri dönür? - ƏTRAFLI"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra siyasi arenada yeni konfiqurasiyanın yaranacağı istisna edilmir. Hazırda partiyalar yeni qanundan irəli gələn müddəalara uyğunlaşmağa çalışırlar. 
Bir sıra partiyalar yeni konfiqurasiyada yer ala bilməyəcəklərini anladıqlarından öz fəaliyyətlərini dondurur. Eyni zamanda, bəzi partiyaların birləşəcəyi barədə fikirlər səslənir.
Çünki hazırda fəaliyyətdə olan partiyaların çoxunun 5 min üzv sayını toplaya bilməyəcəyi mövzusunda siyasi şərhçilərin əksəriyyəti həmfikirdir. Bu müstəvidə aydındır ki, yeni siyasi mühitdə ətrafına üzv yığa biləcək çəkiyə malik siyasi fiqurlar meydanda qalacaqlar.
Belə siyasi fiqurlar arasında isə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətlə Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədovun adı xüsusi olaraq çəkilir.
Əksər partiyaların fəaliyyətini dayandırması fonunda son zamanlar məhz bu iki təşkilatın yeni-yeni üzvlər qəbul etmək istiqamətində aktivləşdiyi hiss olunur. Bu yaxınlarda 12 partiyanın ALP-yə birləşəcəyi məsələsi gündəmə gəldi. Mətbuatda həmçinin Ağ Partiya, Azərbaycan Xalq və Böyük Azərbaycan Partiyalarının isə AMİP-ə birləşəcəyi barədə məlumatlar yer alıb.
Yaranmış vəziyyətdə uzun müddətdir ki, siyasi arenada görünməyən Lalə Şövkətlə Etibar Məmmədovun yenidən siyasətə qayıdaraq, yeni konfiqurasiyada yer ala biləcəkləri ehtimalı daha böyükdür.
Hər iki siyasi lider 1990-cı illərdə müxalifətin aparıcı simalarından hesab olunurdular. Lakin sonrakı illərdə onların hər ikisi siyasətdən əl-ətəklərini çəkdilər. Doğrudur, AMİP lideri zaman-zaman mətbuata açıqlamaları ilə gündəmə gəlir. Lalə Şövkət isə sözün əsl mənasında "mətbuatın üzünə qapılarını bağlayıb" desək, yanılmarıq.
İstənilən halda, partiyalar haqqında yeni qanunun qəbulundan sonra müxalifətdə olan qüvvələr arasında məhz bu iki siyasi təşkilatda müəyyən canlanmanın olduğu göz önündədir. Hətta ALP-nin indiki sədri Əvəz Temirxan bir müddət əvvəl saytımıza açıqlamasında Lalə Şövkətin qayıtma ehtimalına işarə vurmuşdu. Eyni zamanda, Etibar Məmmədovun da siyasətə qayıdacağı ilə bağlı xəbərlər yayılır.
Aydın məsələdir ki, onların yenidən siyasi arenaya qayıdışı partiyalar haqqında qəbul edilən yeni qanunla bağlıdır. Belə ki, yeni qanunun yaradacağı konfiqurasiya ilk növbədə məhz bu iki fiqurun müxalifət liderləri kimi qayıdışlarını mümkün edir.
Ələxsus da ona görə ki, siyasi arenanın müxalif qanadında təmsil olunanların əksəriyyəti bir-birini həzm edə bilmir. Onlar fəaliyyətdə olduqları müddətdə yürütdükləri siyasətlə artıq əvvəlki nüfuzlarını böyük ölçüdə itiriblər.
Bu səbəbdəndir ki, uzun zamandır siyasətdən kənarda qalsalar belə, adları unudulmayan Lalə xanım və Etibar bəyin müxalifətin bəlli kəsimlərini öz ətraflarında toplamaq potensialı böyükdür. Hər iki müxalif lider indiki halda, ətrafına üzv yığmaq gücündə olan fiqurlardır.
ALP və AMİP-ə bir sıra partiyaların birləşəcəyilə bağlı yayılan informasiyalar da göstərir ki, müxalifət daxilində proses məhz bu istiqamətdə gedə bilər.
Bizim.Media / konkret.az

Siyasi       Tarix: 20 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler xeber.az son xeberler zelzele xəbərlər.com