Lalə Şövkətin partiyası fəaliyyətini rəsmən dayandırdı
Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.
KONKRET.az xəbər verir ki, bu, Azərbaycan Liberal Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.
Bəyanatın mətnini olduğu kimi təqdim edirik:
"Azərbaycan torpaqlarının erməni qəskarları tərəfindən işğalı ilə barışmayan, bütün siyasi mübarizəsini Qarabağın azadlığına həsr edən insanların 1995-ci ildə yaratmış olduğu Azərbaycan Liberal Partiyası fəaliyyəti dövründə ölkənin siyasi-ictimai həyatında fəal iştirak etmişdir. Yaradılandan qısa müddət sonra dövlət qeydiyyatına alınan Partiya ölkədə keçirilən seçilərdə öz aktivliyi ilə daim seçilmiş və üzvlərinin əqidə birliyinə arxalanaraq siyasi mübarizlərdən çəkinməmişdir.
Qarabağın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması, köçkün vətəndaşlarımızın öz yurd yerlərinə qayıtması, insanlarımızın rifah halının yaxşılaşdırılması, ölkədə demokratik ənənələrin bərqərar olması, insanların hüquq və azadlıqlarının təmin olunması kimi məsələlərdə layiqli mövqe ortaya qoyan Azərbaycan Liberal Partiyası son dövlərdə də ölkəmizdə baş verən siyasi prosesləri aydın şəkildə müşahidə etməkdədir.
Müasir zamanda müşahidə edilən prosesləri, mövcud geosiyasi və siyasi-hüquqi reallıqları nəzərə alan Azərbaycan Liberal Partiyası öz siyasi fəaliyyətini dayandırmaqla bağlı qərar vermişdir. Təəssüflər ki, bəzi obyektiv və subyektiv səbəblərdən Partiyamızın fəaliyyəti kifayət qədər aktiv ola bilməmişdir.
Partiyamızın üzvlərinə Partiyaya dərin təşəkkür bildirir, bundan sonrakı fəaliyyətlərində uğurlar və aktiv vətəndaş mövqelərini daim qorumağı arzulayırıq".

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var