Lamiyə ərindən danışdı: "O, Azərbaycana çox medallar gətirə bilər"
Dördqat dünya və ikiqat Paralimpiya çempionu para-atlet Lamiyə Vəliyeva həyat yoldaşı Tembo Con Monarenq haqqında açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, Futbolinfo.az saytına müsahibəsində bu barədə danışıb:
"Həyat yoldaşım Tembo Con Monarenq Cənubi Afrikadandır. Hardasa 5-6 ay olar bura gəlib. O, həqiqətən də potensialı olan atletdir. Mən istərdim ki, o, Azərbaycanı təmsil etsin. Bunun üçün də Gənclər və İdman Nazirliyi bizə dəstək olmalıdır. Hazırda bu istiqamətdə bir az problemlər var. Bu problem həll olunsa, o, Azərbaycana çox medallar gətirə bilər. Bu istedadla Avropa və dünya çempionatlarında, həmçinin Olimpiadalarda iştirak edə bilər.
Mən yenə də mübarizə aparacağam. Ən yaxşı nəticəsi 100 metri 10,17 saniyəyə qaçıb. Özü də bu nəticəni 19 yaşında göstərib. 2018-ci ildə yeniyetmələr arasında dünya çempionatında 4-cü yeri tutub. Orada 100 metri 10,23 saniyəyə qət edib, sonra dediyim kimi onu 10,17-yə qaldırıb. İnanıram ki, həyat yoldaşım 10 saniyədən çıxa bilər. Ona köməklik göstərilsə, bu nəticəni əldə edəcəyinə ümid edirəm. Sadəcə, idman pasportu almalıdır. Bunu əldə etsə, bizi təmsil edə bilər. Son beynəlxalq yarışı Çenqduda keçirilən Universiada olub. Orada estafet yarışında Cənubi Afrika millisi ilə 3-cü yeri tutub. Təəssüf ki, orada ona 100 metrlik məsafəyə qaçış yarışına qatılmağa imkan yaratmadılar."
L.Vəliyeva futbola olan münasibətindən söz açıb və "Mançester Siti"yə həyat yoldaşına görə azarkeşlik etdiyini bildirib: "Mançester Siti"yə həyat yoldaşıma görə azarkeşlik edirəm. Çünki o bu klubun fanatıdır. Amma özüm həmişə "Real"ı dəstəkləmişəm. Kriştianu Ronaldoya simpatiyam olub. İndinin özündə həm Ronaldoya, həm də Messiyə böyük hörmətim var".
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?