Lənkəranda ana və oğul gəlini döydü

Lənkəranda ana və oğul gəlini döydüLənkəranda ana və oğul gəlini döyüblər.
KONKRET.az xəbər verir ki, Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu günlərdə Liman şəhərində baş verib.
Şəhər sakini, 1993-cü il təvəllüdlü Vüsal həyat yoldaşı Baharı (adlar şərti verilib – red.) döyüb. Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan olunub.
Vüsal izahatında göstərib ki, ondan şikayət etmiş Bahar həyat yoldaşıdır:
"Biz bir yerdə yaşamışıq və münasibətlərimiz normal olub. Sonucu dəfə Bahar özbaşına atasının evinə getdi. Saat 13 radələrində evə qayıtdı. Həmin vaxt anam mənə zəng edərək Baharla dalaşdıqlarını, gəlib onu işə aparmağımı dedi. Evə gələndə anam Vəfa və Baharın deyindiklərini, sözlə mübahisə etdiklərini gördüm. Onları sakitləşdirməklə anamı götürdüm və işə apardım. Bahar evdə qaldı".
Vüsal deyib ki, həmin vaxt Baharı döyməyib:
"Anam və arvadım dalaşanda isə evdə olmamışam. Sadəcə Baharı itələyərək həyətdən evə girməsini demişəm".
Zərərçəkmiş Baharın sözlərinə görə, 2021-ci ildə Vüsalla ailə həyatı qurub və bir övladları var:
"Əvvəllər ərimlə münasibətlərim normal olsa da, sonradan qayınanam bizim ailə işlərimizə müdaxilə etdiyindən münasibətlərimiz pisləşdi. Son zamanlar Vəfa evi qızının adına keçirəcəyini deməklə bizim evdən getməyimizi tələb etdi. Buna görə aramızda mübahisələr oldu".
Bahar qeyd edib ki, birgünlük anasının evinə qonaq gedib:
"Növbəti gün evə qayıdanda qayınanam məni istəmədiyini, evdən getməyimi tələb etdi. Buna görə aramızda yenidən mübahisə baş verdi. Vəfa üstümə hücum çəkdi. Qollarımı cırmaqladı və məni itələdi. Bir qədər sonra ərim evə gəldi. O da məni itələdiyindən sağ əlim divara dəyərək cızıldı. Bu səbəbdən Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim".
Vəfa isə izahatında göstərib ki, 2021-ci ildə oğlu Vüsalla Bahar ailə həyatı qurublar:
"Bahar gəlin gələndən mənimlə və ailə üzvlərimlə yola getməyib, xoşagəlməz sözlər danışıb, evdə yersiz münaqişələr yaradıb. Hadisə günü Bahar atasının evindən geri qayıtdı. Mən də ondan niyə özbaşına atasının evinə getdiyini soruşdum. Bahar da mənə – "ev mənimdir, istəyərəm – gedərəm, istəyərəm – qalaram", – dedi. Buna görə aramızda mübahisə baş verdi. Həmin vaxt oğluma zəng etdim, məni işə aparmağını dedim. Oğlum da gələrək məni apardı".
Vəfa bildirib ki, gəlinini döyməyib, ona xəsarət yetirməyib:
"Sadəcə həyətdə səs küy saldığından onu evə tərəf aparmışam".
Bu işə Lənkəran Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Vüsal 300 manat miqdarında cərimə olunub.
Bundan başqa, gəlinin şikayəti əsasında qayınananın da barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə icraat başlayıb və iş məhkəməyə göndərilib.
Məhkəmə Vəfanın da barəsində 300 manat miqdarında cərimə təyin edib.
Hər iki qərarın icra olunması Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilib.

Hadisə       Tarix: 31 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər ən son xəbərlər bugün son xeberler bugun en son xeberler