Lənkəranda zəncirvari yol qəzası
Lənkəran rayonunda zəncirvari yol qəzası olub.
Open.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Kürə" deyilən ərazisində baş verib.
Belə ki, Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü İsmayıl Ağazadə oğlu Əliyev "QAZ-24" markalı 42-BD-825 dövlət-qeydiyyat nişanlı avtomobillə Astara istiqamətində hərəkətdə olub. Yol ayrıcında Lənkəran rayonunun Ləj kənd sakini, 1991-ci il təvəllüdlü Hafiz Yunusağa oğlu Məmmədovun idarə etdiyi "Ford- Transit" markalı 99-CA-271 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.
Hadisə zamanı "QAZ-24" zərbənin gücündən istiqamətini dəyişərək yol kənarında dayanan Lənkəran şəhər sakini, Bəybala Şahkərim oğlu Mirzəyevə məxsus "VAZ-2106" markalı 42-BO-480 dövlət-qeydiyyat nişanlı avtomobilə çırpılaraq onu səkiyə sıxışdırıb. Bu zaman səkidə olan piyada Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Nasim Təyyar oğlu Şahbazov ciddi xəsarət alıb. Onun ayağının amputasiya olunma təhlükəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb