Lerikdə qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb
Lerikdə qanunsuz əldə edilmiş meşə materialı aşkarlanıb.
Bu barədə azxeber.com-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının alınması istiqamətində Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində Lənkəran rayon sakini F.Əmirovun idarə etdiyi "Mercedes Sprinter" markalı yük avtomobili saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerindən qanunsuz yolla əldə edilmiş işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Lerik rayonu ərazisində saxlanılan "Ural" və "Zil-131" markalı avtomobillərdən qanunsuz yolla əldə edilmiş 11 kubmetr həcmində oduncaq aşkarlanıb.
Hazırda aşkarlanan faktlarla bağlı qanunamüvafiq qaydada tədbirlərin görülməsi üçün araşdırma aparılır. Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı polis əməkdaşları tərəfində mübarizə tədbirləri davam etdirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"