Lerikdə üç ev qəzalı vəziyyətə düşdü - FOTO
Lerik rayonunda sürüşmə zonalarında aktivləşmə yaranıb.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, aktivləşmə daha çox rayonun Hamarmeşə kəndi ərazisində müşahidə olunur.
Belə ki, son vaxtlar intensiv yağışlar səbəbindən kəndin yuxarı məhəlləsindəki sürüşmə zonasında 3 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.
Bununla yanaşı, kəndin yuxarı məhəlləsində 120 şagird yerlik məktəb binası da aktivləşmənin yarandığı ərazidə yerləşir.
Sakinlər bildirib ki, torpaq qatı evlərin divarına dirənib və əsas divarlarda dərin çatlar əmələ gəlib.
Qeyd edək ki, sözügedən ərazidə sürüşmə ötən il də qeydə alınıb. Ərazidəki təhlükəli vəziyyətlə bağlı aidiyyəti orqanlara məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri hadisə yerinə gələrək araşdırma aparıb. Digər sənədlər də toplanaraq Fövqəladə Hallar Nazirliyinə (FHN) təqdim edilib. Yerli bələdiyyənin daxili imkanları hesabına 30 metr məsafədə istinad divarı inşa edilsə də, sürüşən torpaq qatı istinad divarını da yerindən qoparıb.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var