"Lex"in baş məşqçisi: "Qarabağ" əla oynadı
Öncə "Qarabağ"ı qələbə münasibətilə təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayıram.
KONKRET.az-ın məlumatına görə, bunu Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis bildirib ki, mərhələni onun başçılıq etdiyi komanda da adlaya bilərdi:
"Bunun üçün əsasımız da var idi. Amma oyun uğursuz alındı. Çoxlu səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı 3 epizodda oyundankənar vəziyyət qeydə almadı. Amma bu, bəhanə olmamalıdır. "Qarabağ" bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi".
Niderlandlı baş məşqçinin sözlərinə görə, məğlubiyyətin fərqi yoxdur: "Amma 1:5 böyük hesabdır. Təcrübəmizdə bu cür məğlubiyyət olmayıb. Bəzi nüansları nəzərə almaq lazımdır. Hesab sırf rəqibin çox gözəl oyun sərgiləməsi ilə bağlı idi".
Van den Brom hansısa səhvini vurğulamaq istəmədiyini söyləyib: "İlk matçdakı taktikanı bu dəfə də tətbiq etmişdik. Sadəcə, nə isə düz getmədi. Dediyim kimi, "Qarabağ" çox yaxşı oynadı. Burada yalnız rəqibin keyfiyyətli oyunundan söhbət gedə bilər".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar