Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi - FOTO
Leyla Əliyevanın təşəbbüsü ilə martın 26-da Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları Moskvadakı "Naş dom" dövlət büdcə müəssisəsini ziyarət ediblər.
Publika.az xəbər verir ki, xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqları hədiyyələrlə sevindiriblər. Onlara kitablar, oyuncaqlar və şirniyyatlar hədiyyə edilib.
Uşaq evinin direktoru Vadim Menşov uzun illər davam edən dostluq və yardım üçün Heydər Əliyev Fonduna və şəxsən onun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib: "Mən və uşaqlar Azərbaycan xalqını dərindən qiymətləndirir, hörmət edir və sevirik. Leyla Əliyevaya uşaqlarımızın qayğısına qaldığına görə çox minnətdarıq. Pandemiyaya qədər tez-tez uşaq evimizə baş çəkərdi. Onun gəlişi həmişə uşaqlar üçün bayram olurdu".
O, sərhədlərin ən qısa zamanda açılacağına və yenidən Azərbaycana gəlmək fürsətinin olacağına ümid etdiyini söyləyib: "Biz dəfələrlə Azərbaycanda olmuşuq. Bu gün bir nömrəli Bakı Uşaq Evinin uşaqları ilə, oradakı həmkarlarımızla çox gözəl əlaqələr qurmuşuq. Hamımız bir ailə olmuşuq. İndi hər gün təmasdayıq, yenidən görüşməyi xəyal edirik".
Fondun nümayəndəliyindən qeyd edildiyi kimi, epidemioloji vəziyyətdən əvvəl Moskva və Bakı uşaq evləri bir-birlərini qonaq gedərək səfər mübadilələri ediblər.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər