Lisenziya turnirinin hazırlıqlarına start verildi
Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız bu gündən növbəti təlim-məşq toplanışına start verib.
xəbər verir ki, TMT martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Yunan-Roma güləşi üzrə millimiz yarışın startına qədər toplanışı vətəndə keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirəcək.
Sərbəst güləş üzrə millimiz isə Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışına başlayıb. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında olimpiya çəkilərində yer alan bir neçə yığma üzvü hazırlıq prosesində iştirak edir. Bunlar Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Hacı Əliyev, Turan Bayramov (hər ikisi 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Osman Nurməhəmmədov, Abubakr Abakarov (hər ikisi 86 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədovdur (125 kq). Fevralın 29-dək qonşu ölkədə qalacaq nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir.
Qeyd edək ki, Hacımurad Hacıyev və Cəbrayıl Həsənov zədə üzündən bu toplanışda iştirak etmir. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır