Litvadakı soydaşlarımız İranın ölkəmizə qarşı yolverilməz davranışını pisləyib
Litvadakı soydaşlarımız İranın ölkəmizə qarşı yolverilməz davranışını pisləyib.
Bu barədə azxeber.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumata görə, Azərbaycanın İrandakı Səfirliyində törədilmiş terror aktı Litvada yaşayan soydaşlarımızı hiddətləndirib.
Klaypeda şəhərində fəaliyyət göstərən "Azəris" Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib. İcmamızın bu terror aktının İranın xüsusi xidmət orqanları tərəfindən törədilməsinə şübhə etmədiyi bildirilib.
Soydaşlarımız Litva ictimaiyyətini və beynəlxalq birliyi bu terror hadisəsinə görə etiraz səsini ucaltmağa dəvət edib. Regionda sülh və sabitlik prosesinin əleyhinə yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görülməsinin vacibliyinə diqqət cəlb olunub.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var