"Liverpul" heç-heçə etdi, "Mançester Siti" məğlub oldu

Oktyabtın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turun növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, turun ilk oyun günündə 7 görüş baş tutub.
Turun ən gözlənilməz hesabı "Etihad" stadionunda qeydə alınıb. Son çempion "Mançester Siti" öz meydanında "Kristal Palas" komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Kristal Palas"ın heyətində Vilfrid Zaha (6) və Konor Qallaqher fərqləniblər. Matçın 44-cü dəqiqəsində Mançester təmsilçisinin müdafiəçisi Emerik Laport birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbə sayəsində xal ehtiyatını 12-ə çatdıran "Kristal Palas" turnir cədvəlində 13-cü, "Mançester Siti" isə 20 xalla üçüncü yerdə qərarlaşıb.
Turun digər gözlənilməz hesabı "Liverpul" və "Brayton" komandaları arasında qeydə alınıb. Mersessayd təmsilçisi oyunda iki top fərqi ilə üstünlük əldə etsədə hesabı qoruya bilməyib. Qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. Jordan Henderson, Sadio Manenin qollarına qonaqların futbolçuları Enok Mvepu və Leonardo Trossard cavab verib. Matçın 33-cü dəqiqəsində Sadio Mane penaltidən fərqlənmək fülsəti ildən verib. "Liverpul" 22 xalla ikinci, "Brayton" isə 16 xalla 7-ci yerdədir.
Turun açılış görüşü "Kinq Pover" stadionunda "Lester" və "Arsenal" komandaları arasında olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Qabriel (5) və Emil Smit-Rou (18) fəqləniblər. Bu qələbə sayəsində xal ehtiyatını 17-yə çatdıran "Arsenal" turnir cədvəlinin beşinci pilləsinə yüksəlib, "Lester" isə 14 xalla onuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun mərkəzi qarşılaşması "Tottenhem" və "Mançester Yunayted" komandaları arasında baş tutub. Həmin görüşdə ikinci hissə oynanılır.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Börnli" - "Bredford" - 3:1;
"Vatford" - "Southemton" - 0:1;
"Nyukasl Yunayted" - "Çelsi" - 0:3.

İdman       Tarix: 31 oktyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət cəbhədən xəbər xeberler bu qun metbuat