"Liverpul" Salahın yerinə onu istəyir
İngiltərənin "Liverpul" klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən misirli ulduz Məhəmməd Salahın yerini doldurmaq üçün transfer bazarında aktiv fəaliyyətə başlayıb.
KONKRET.az xəbər verir ki, "Mersisaydlılar" hücum xəttini gücləndirmək üçün Madrid "Real"ının braziliyalı vingeri Rodriqonu əsas hədəf olaraq müəyyənləşdiriblər.
24 yaşlı futbolçunun "kral klubu"ndakı gələcəyi və oyun vaxtı ilə bağlı narazılıqları "Liverpul"un bu transferdə şanslarını artırır.
Bundan başqa, Salahın potensial xələfləri siyahısında "Nyukasl"da nümayiş etdirdiyi oyunla diqqət çəkən Entoni Qordonun da adı yer alıb. İngiltərə millisinin üzvü olan Qordonun transferi üçün "qarğalar"ın təxminən 95 milyon funt-sterlinq tələb etdiyi bildirilir. Həmçinin klubun alternativ olaraq "Atletik Bilbao"dan Niko Vilyams və "Bayer Leverkuzen"dən Florian Virts kimi oyunçularla da maraqlandığı iddia olunur.
Qeyd edək ki, hazırda "Liverpul" 26 oyundan sonra topladığı 42 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.//"Qafqazinfo"

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA