"Lufthansa" 800 uçuşu ləğv edir - SƏBƏB
Alman hava yolu şirkəti "Lufthansa" 800 uçuşu ləğv edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Lufthansa" tərəfindən edilən açıqlamada bildirilib.
Qeyd edilib ki, "Vereinigung Cockpit"in elan etdiyi xəbərdarlıq tətilinə görə Münhen və Frankfurtda sabaha olan bütün uçuşlar ləğv edilib.
Bildirilib ki, 134 min sərnişin uçuş ləğvindən təsirlənəcək. Həmin sərnişinlər məlumatlandırılacaq və mümkün olduğu təqdirdə alternativ reyslərə yönləndiriləcək.
Qeyd edək ki, "Vereinigung Cockpit" "Lufthansa"nın pilotlarını maaşlarının yaxşılaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra tətilə çağırıb. Pilotların işinin dayandırılması sentyabrın 2-də saat 00:01-23:59 arasında olacaq.
Həmkarlar ittifaqı bu il əmək haqqının 5,5 faiz artırılmasını, maaşların gələn ildən inflyasiya səviyyəsinə avtomatik tənzimlənməsini tələb edir.
Epidemiyadan sonra kəskin canlanma yaşayan Alman hava yolu sənayesinin kadr çatışmazlığı və tətillərlə üzləşməsi diqqət çəkir.
Xüsusilə ölkədə yay tətilinin başlaması ilə bir çox hava limanlarında kadr çatışmazlığı səbəbindən uzun növbələr yaranıb.
Bir çox reyslər təxirə salınıb. Sərnişinlər uçuş gecikmələri səbəbindən təyinat yerlərinə gec çatıblar.
Bu gecikmələr karantindən sonra səyahət etmək istəyənləri məyus edib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?