Lük Holts: "Azərbaycan millisi bizi təəccübləndirmədi"
"Bu gün sürprizlə qarşılaşmadıq, Azərbaycan millisi bizi təəccübləndirmədi. Rəqibə qarşı 2 ay əvvəl oynamışdıq. Bu komandanı yaxşı tanıyırıq. Heyətində keyfiyyətli futbolçular var".
Publika.az xəbər verir ki, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, qələbə qazanmalarında qırmızı vərəqə öz sözünü dedi: "Komandanın çıxışından razı qalmadım. Xüsusilə qırmızı vərəqədən 1-ci qoladək yaxşı oynamadıq".
O, "Azərbaycan millisinin inkişafı üçün nə etmək lazımdır" sualına bu cür cavab verib: "Bunu sizə mən deyə bilmərəm. Çox sayda baş məşqçilər var. Hər kəsin öz fəlsəfəsi olmalıdır. Bizə gəldikdə, futbol fəlsəfəmizi dəyişməyə çalışdıq. Əvvəllər daha çox müdafiədən oynamağa və risk etməməyə çalışırdıqsa, son illərdə hücum futbolu sərgiləməyə başladıq. Düşünürəm ki, inkişafımızın əsas amillərindən biri budur".
Holts Moldova "Şerif"inin heyətində inamlı çıxışı ilə diqqət çəkən Sebastyan Tillin meydana əvəzetmədən daxil olmasının səbəbini də açıqlayıb: "Yarımmüdafiə xəttimizdə güclü futbolçular çoxdur. Bu mövqedə rəqabət böyükdür. Bəzi futbolçuların bərpası da vaxt alır. Ona görə də hərdən bu cür rotasiyalara əl atırıq".
Xidmetler [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var