Lukaşenko söz verdi: "Vaqner" Belarus ərazisindən heç kimə hücum etməyəcək"
Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner"in respublika ərazisindən başqa ölkələrə hücum edib-etməyəcəyi sualını cavablandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.
Belarus lideri bildirib ki, əgər "Vaqner" Belarusda fəaliyyət göstərərsə, o zaman ordu kimi ölkənin maraqlarını qoruyacaq.
"Biz heç vaxt heç kimə hücum etməmişik və bu fikirdə deyilik. Mən bunu artıq bir neçə dəfə demişəm. Heç kim bizim ərazimizdən başqa dövlətə hücum etməyəcək. Əgər bizə qarşı təcavüz edilərsə, biz cavab verəcəyik", – Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.
Belarus Prezidenti qeyd edib ki, "Vaqner"in yerləşdirilməsi məsələsi hələ həll olunmayıb və Rusiya rəhbərliyi tərəfindən belə bir qərar qəbul edilərsə bu baş verməyə bilər.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi