Madonna müalicədən sonra səhnəyə qayıdır - FOTO
Madonna müalicədən sonra səhnəyə qayıdır - FOTO
Madonna bakterial infeksiya səbəbiylə xəstəxanaya yerləşdirildikdən həftələr sonra təxirə saldığı "Celebration" turunu bərpa edəcəyini açıqlayıb.
"Son bir neçə həftə ərzində inanılmaz dəstəyinizə və səbrinizə görə bir daha təşəkkür edirəm! Yenidən işlənmiş tur cədvəlinin yaxın bir neçə gün ərzində təqdim ediləcəyini bildirməkdən məmnunam! Tezliklə layiqli şənlikdə görüşənədək!" – müğənni "Twitter"də yazıb.
Xatırladaq ki, yanvar ayında müğənni bu il musiqi karyerasının 40 illiyi şərəfinə dünya turnesinə çıxacağını açıqlamışdı. 35 şəhərdən ibarət Şimali Amerika turunun başlanğıcı iyulun 15-də Vankuverdə olmalı idi. Nyu-York, Mayami və Los-Ancelesdəki çıxışlarından sonra müğənni oktyabrın 14-də Avropaya yola düşməli və plana görə, dekabrda çıxışlarını başa çatdırmalı idi. Lakin Madonna xəstəliyi səbəbindən turu təxirə salmalı olub. Müğənni ciddi bakterial infeksiyaya yoluxub və bir müddət reanimasiya şöbəsində qalıb.
Mənbə: gazeta.ru / oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var