Mağazadan oğurluq edən şəxsə elektron qolbaq taxıldı

Mağazadan oğurluq edən şəxsə elektron qolbaq taxıldıAbşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Namiq Əşrəfovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.azpravdaaz-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən "Lombard-1" qızıl mağazasında baş verib. Belə ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə mağazaya daxil olub.
Cinayət işi materiallarında göstərilir ki, Namiq Əşrəfov mağazaya adi müştəri qismində gələrək müxtəlif qızıl-zinət əşyalarına baxmağa başlayıb. Bir müddət məhsulları nəzərdən keçirdikdən sonra satıcıdan qiymətlərlə maraqlanıb və qızıl məmulatlarını yaxından görmək istədiyini bildirib. Satıcının digər işlərlə məşğul olmasından istifadə edən təqsirləndirilən şəxs baxmaq adı ilə əlinə götürdüyü bir neçə qızıl-zinət əşyasını gizli şəkildə mənimsəyib. O, ümumilikdə 750 əyarlı, tək qaşlı, 10,5 qram çəkidə və 1660 manat dəyərində olan bir ədəd qızıl üzüyü, 583 əyarlı, qaşlı, 7 qram çəkidə və 910 manat dəyərində olan bir ədəd qızıl üzüyü, eləcə də 583 əyarlı, qaşlı, 7 qram çəkidə və 910 manat dəyərində olan bir ədəd qızıl klonu gizli şəkildə götürüb.
Beləliklə, Namiq Əşrəfov ümumi dəyəri 3 480 manat təşkil edən qızıl-zinət əşyalarının mağazadan aparılması nəticəsində mağaza sahibinə həmin məbləğdə maddi ziyan vurub.
Məhkəmə araşdırmaları zamanı Namiq Əşrəfov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində maddi çətinliklər səbəbindən oğurluq etmək qərarına gəldiyini deyib.
Namiq Əşrəfovun sözlərinə görə, hadisə günü Xırdalan şəhərində yerləşən "Lombard-1" mağazasını gördükdə oradan oğurluq etməyin daha asan olacağını düşünüb və bu məqsədlə həmin obyektə daxil olub. Bir müddət qızıl məmulatlarına baxdıqdan sonra satıcının diqqətinin başqa istiqamətə yönəldiyini görərək fürsətdən istifadə edib.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, satıcının başının qarışıq olduğunu gördükdə qızıl əşyalar arasından bir ədəd üzüyü və bir ədəd qızıl klonu gizli şəkildə götürərək əlinin içində gizlədib. Daha sonra mağazaya məxsus vizit kartını götürərək yaxın zamanda geri qayıdacağını bildirib və oranı tərk edib.
İş materiallarına əsasən, mağazadan çıxdıqdan sonra Namiq Əşrəfov Abşeron rayonu ərazisində yerləşən və özünün tanımadığı başqa bir qızıl mağazasına gedib. O, oğurladığı qızıl əşyaları özünə məxsus kimi təqdim edərək satmağa nail olub. Belə ki, qızıl üzüyü 300 manata, qızıl klonu isə 250 manata satıb.
Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib. O qeyd edib ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir hissəsini – 500 manatını ödəyib və tərəflər arasında razılıq əldə olunub.
Namiq Əşrəfov həmçinin zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayətinin qalmadığını deyərək, bu halların cəza təyin edilərkən nəzərə alınmasını və barəsində yüngül cəza seçilməsini məhkəmədən xahiş edib.

Hadisə       Tarix: 11 iyun 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler gunun xeberleri sonxeber.az sou xeberler