Mahir Emreli BİRİNCİ OLDU - UEFA açıqladı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 4 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən iki futbolçudan biridir. 24 yaşlı hücumçu 6 dəfə çərçivəni dəqiq nişan alıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli 3 dəfə hədəfdən yayınıb. Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç də 6 dəfə çərçivəyə düşüb. Lakin onlardan heç biri qolla nəticələnmədiyi üçün azərbaycanlı oyunçu ilk sırada qərarlaşıb.
Qeyd edək ki, "Legiya" II təsnifat mərhələsində Estoniyanın "Flora" komandasını mübarizədən kənarlaşdırıb. Varşava təmsilçisi III raundda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə üz-üzə gələcək. /publika.az
Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti