Mahir Emrelinin cəzası açıqlandı
UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev matçında birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.
UEFA-nın Media və İctimaiyyətlər Əlaqələr Departamentindən verilən eksklüziv məlumata görə, 23 yaşlı hücumçu kobud oyunu ilə əlaqədar 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən, Kiprlə səfər matçını buraxmış "Qarabağ"ın forvardı Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.(Report) /publika.az

Vens Azərbaycan və Ermənistan liderlərinə: "Həqiqi liderliyin nəyə qadir olduğunu göstərdiniz"
Qubada məktəblini zorlamaqda şübhəli bilinən yeniyetmə SAXLANILIB
Milli Qəhrəman Əliyar Əliyevin böyük qardaşı VƏFAT ETDİ
Hikmət Hacıyev: İlham Əliyev və Nikol Paşinyanın əl sıxması dərin simvolik məna daşıyır
Tramp Putinlə münasibətlərindən danışdı: "Onunla çox yaxşı əlaqələrim var"
Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı
Qızım evdədir, saxlanılmayıb' - Samirə danışdı
Onlar Azərbaycan vətəndaşı olsalar da, başqalarının çaldığı zurnaya oynayırlar
Daha bir rayon ərazisində yanğın başlayıb
Xaricdə yaşayan təxribatçılar, söyüş blogerləri Azərbaycana gətirilir? - AÇIQLAMA
Hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır
Gecələr rahat yatmaq üçün ən effektiv 5 metod
"Şou-biznesdə 3 nəfər var ki, onların üzünü görmək istəmirəm
Aqşin Fatehin restoranı bağlandı
Nadir Qafarzadə oğlan oxuyanım olub, toylara aparmışam