Mahir əsas heyətdən kənarlaşdırıldı

Mahir əsas heyətdən kənarlaşdırıldı"Kayzerslautern"də millinin hücumçusu Mahir Emreli ilə bağlı vəziyyət gərginləşib.
KONKRET.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın BILD nəşri məlumat yayıb. Bildirilir ki, 28 yaşlı futbolçu klubun son qərarı ilə əsas heyətdən kənarda qalıb.
Nəşr yazır ki, baş məşqçi Torsten Liberknext Mahiri "Ayntraxt Braunşveyq"ə qarşı keçiriləcək vacib ev oyununun heyətinə daxil etməyib. Klubdan verilən məlumata görə, bu addım sırf idman səbəbləri ilə bağlıdır və Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun bir neçə gün əvvəl səsləndirdiyi ittihamlarla əlaqəli deyil.
Qəzetin məlumatına görə, məsələnin pərdəarxası məqamları daha dərindir. Belə ki, "Kayzerslautern" rəhbərliyi Azərbaycan tərəfi ilə razılığa gələrək, zədədən yeni qayıdan Mahirin milli fasilə zamanı Almaniyada qalmasını xahiş etmişdi. Klub söz vermişdi ki, Mahir burada qalıb məşq edərsə, heyətə düşmək şansı artacaq. Lakin futbolçu klubda qalsa da, bud nahiyəsində yenidən problem yaranıb və nəticədə o, son oyunlarda, demək olar ki, meydana çıxmayıb.
Milli komandanın baş məşqçisi Ayxan Abbasov açıqlamasında klubun sözügedən davranışından məyus olduğunu gizlətməyib:
"Klubun idman direktoru bizə müraciət etmişdi. Bildirmişdi ki, Mahir klubda qalsa, oynamaq şansı artacaq. Biz də buna razılaşdıq. Amma təəssüf ki, heç bir fərq görmürük. Bu məsələ bizi ciddi düşündürür".
Qeyd edək ki, M. Emreli 2028-ci ilə qədər müqavilə ilə bağlı olduğu "Kayzerslautern"də ən çox maaş alan oyunçulardan biridir. Alman mətbuatının iddiasına görə, klub rəhbərliyi artıq yay transfer pəncərəsində onun üçün yeni alıcı axtarmağı planlaşdırır.

İdman       Tarix: 25 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Bakıda dünya rekordu yeniləndi

Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun ilk final seansı keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası (ASF) məlumat yayıb. Bildirilib ki, federasiyanın təşkilatçılığı

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Ronaldo ilə görüşə bilərlər

Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesus Portuqaliya Futbol Federasiyasının (FPF) hücumçu Kriştiano Ronaldo ilə görüşmək təklifini qəbul edib. xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az xəbər xabarlar xeberler bugun 2026