Mahmud Abbas Prezident İlham Əliyevi təbrik etdi
Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
azxeber.com xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Fələstin Dövləti və qardaş Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizə, Sizin vasitənizlə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmağa şadam.
Xalqlarımız və ölkələrimiz arasında onilliklər ərzində mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətləri qürur duyduğumuz yüksəliş və inkişafa şahidlik etmişdir. İkitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə yüksəldilməsi, ölkələrimiz və xalqlarımızın mənafeyinə uyğun olaraq yeni üfüqlərin açılması üçün birgə səylərin gücləndirilməsinə böyük əhəmiyyət verdiyimizi vurğulamaq istəyirəm.
Bu mühüm diplomatik fürsətdən istifadə edərək Azərbaycanın quruculuq və yüksəliş prosesinə, onun rəhbərliyinin və xalqının gələcək inkişaf və tərəqqisi üçün iradə və müdrikliyinə heyran olduğumuzu bildirirəm.
Xalqımıza, onun ədalətli probleminə, azadlığına və müstəqilliyinə nail olmaq, paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətini qurmaq uğrunda apardığı qanuni mübarizəsinə dəstək verən həmrəylik mövqeyinizi yüksək qiymətləndirirəm.
Əziz qardaşım, xahiş edirəm ən xoş arzularımı qəbul edəsiniz. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, ölkənizə və xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm".

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi