Mahnı qalmaqalı böyüdü - Rəsuldan Faiq Ağayeva sərt cavab
Xalq artisti Faiq Ağayevlə müğənni Rəsul Əfəndiyev arasında qalmaqal yaranıb.
azxeber.com xəbər verir ki, buna səbəb Rəsulun Ağayevin repertuarından ifa etdiyi "Səni əvəz eləmir" mahnısı olub.
Xəzər televiziyasında "İncə səhər" verilişində qonaq olan Rəsul ad çəkmədən xalq artisti haqqında qalmaqallı fikirlər səsləndirib:
"Adını çəkmək istəmirəm. Bir nəfər proqramların birində mahnıdan danışdı. Mən bir mahnı ifa etmişdim, mahnının bəstəkarı Gülər Həsənliyə ifam göndərilmişdi. Qulaq asmışdı, müğənninin özünə də atılmışdı. Həmişə bu mövzunun üstündən keçirdim. Mənə göndəriblər, verilişdə danışır ki, Yutubdan sildirdim. Kanal özəldir, mənə aiddir, müəllif hüquqları da məndədir. Orada istədiyim mahnını gizlədirəm, ya da silirəm. Amma deyir ki, o ifaçının mahnılarını sildirib və sairə. Heç kim sildirməyib, mən bağlamışam. Orada gözəl sözlər yazırdılar. Mahnını oxumuşam, o vaxt yalançı şərhlər, baxış sayı yox idi. İki milyon baxış sayı gəldi, 3000 min şərh yazıldı. Dedilər, sanki mahnını indi eşidirik. Ona hörmət olaraq mən mahnını bağladım. Bu gün istəsəm, yenidən yayımlaya bilərəm. Silinməyib, heç kim də mənə sildirməyib. Əgər bu mahnı yaxşı oxunubsa, sevinmək lazımdır. Mən də mahnılar yazdırıram. Sabah gənclər gəlirlər, yol açmaq lazımdır. Necə ki, mənə böyük sənətkarlarımız yol açıblar. Üç kitab oxuyub yaxşı danışmaqla deyil, qəlbən yaxşı insan olmaq lazımdır. Bu, Allahın lütfüdür".
Qeyd edək ki, Faiq Ağayev "Xəbərin var?" verilişində mahnılarını icazəsiz oxuyanların ifalarını yutubda sildirdiyini demişdi.
Aysel

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var