Makqreqor portretini azərbaycanlı rəssama sifariş verdi - FOTO

Makqreqor portretini azərbaycanlı rəssama sifariş verdi - FOTOAzərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü Nizar Məmmədov qarışıq döyüşlər üzrə dünyaca məşhur irlandiyalı idmançı Konor Makqreqorun portretinin çəkilməsi sifarişini yerinə yetirib.
Publika.az bu barədə rəssamın Instagram səhifəsinə istinadla məlumat verir.
İdmançı rəssama onun portretini çəkməsini sifariş edib. Məmmədovun əl işi təkcə döyüşçünün pərəstişkarlarının deyil, Makqreqorun özünün də ürəyincə olub. Portret tezliklə idmançıya təhvil veriləcək.
Nizar Məmmədov dünyaca məşhur azərbaycanlı rəssam Sakit Məmmədovun oğludur. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Əsərləri bir çox xarici ölklərdə sərgidə nümayiş etdirilib. Nizar Məmmədov dəfələrlə Avropada iri art-festivallarda iştirak edib.
Konor Makqrqeor boksda və qarışıq döyüş növlərində çıxış etmiş irlandiyalı idmançıdır. O, UFC-də yüngül çəki dərəcəsində çıxış edirdi. Bir müddət öncə professional karyerasını başa vurduğunu açıqlayıb.

İdman       Tarix: 29 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər hava durumu novruz bayramı xabar az