Makron Putinlə ABŞ-a qarşı birləşir
Fransa Rusiya ilə ABŞ-a qarşı birləşir.
KONKRET.az xəbər verir ki, bunu siyasətçi Asif Nərimanlı deyib.
Siyasətçinin fikrincə, Rusiya Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirmək senarisini tətbiq edir:
– Makronla Putin 1,5 saatlıq telefon söhbətində dialoqun davamı və Normand formatının bərpası ilə bağlı müzakirələr aparıb;
– Lavrovun alman həmkarı Annalena Berbokla telefon söhbətində tərəflər Minsk razılaşmasının Normand formatı çərçivəsində həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinə razılaşıb;
– Putinlə danışdıqdan bir gün sonra Makron Zelenskiyə zəng edib və Normand formatı çərçivəsində növbəti görüşün tezləşdirilməsi üzərində razılaşıblar.
Fransa və Almaniya Normand formatı çərçivəsində prosesi nəzarətə almaq, qarşıdurmanı yumşaltmaq və ABŞ-ın müdaxiləsini azaltmaq istəyir. Rusiya bundan ABŞ və NATO-ya qarşı Avropa üzərindən siyasi cəbhə açmaq üçün istifadə edir. İstisna deyil ki, Paris və Berlin Moskvaya Ukrayna, eləcə də Şərqi Avropada təhlükənin olmayacağına dair vədlər verə və NATO daxilində Vaşinqtona qarşı daha aktiv mövqe tuta bilər.
Bu kontekstdə Baydenin yaxın zamanda Şərqi Avropaya əsgər göndərmək istəyi diqqət çəkir: Vaşinqton daha sərt gedişlərlə Rusiyaya qarşı cəbhəni bütövləşdirmək niyyətindədir.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA