Makronla Şolts arasında fikir ayrılığı düşmənçiliyə çevrilir - KİV
Almaniya Kansleri Olaf Şoltsla Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya yardım göstərilməsi məsələsi ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Amerikanın "Politico" qəzeti yayıb.
Qəzet yazır ki, Şolts və Makron arasında Ukraynaya hərbi yardımla bağlı fikir ayrılığı açıq düşmənçiliyə çevrilməyə başlayıb.
Tərəflər əsas olaraq Ukraynaya silah göndərilməsi məsələsində ortaq məxrəcə gələ bilmirlər. Belə ki, Almaniya Ukraynaya "Taurus" raketlərini vermək istəmədiyi bir zamanda, Fransa ölkəyə özünün "SCALP" qanadlı raketlərini göndərmək istədiyini açıqlayıb.
Şolts və Makron arasında fikir ayrılığına səbəb olan məsələlərdən biri də Rusiya ilə sərhədə ölkə qoşunlarının göndərilməsidir. Almaniya Kansleri dəfələrlə bildirib ki, NATO Ukraynada münaqişə tərəfi olmayacaq, alman hərbçilər isə ölkəyə göndərilməyəcək. Fransa lideri isə Qərb ölkələrinin əsgərlərinin Ukraynaya göndərilmə ehtimalını istisna etməyib.Qafqazinfo

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"