Maksimum bal toplayan Fidan: "Yüksək səviyyədə tibb təhsili almaq istəyirəm
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin beş şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Maksimum nəticə göstərən - 300 bal toplayan şagirdlərdən biri də Fidan Rüstəmlidir. O, Bakı şəhərində yerləşən 257 nömrəli tam orta məktəbin şagirdidir.
Fidan Rüstəmli imtahanla bağlı təəssüratını Modern.az-la bölüşüb.
O, 4-cü qrupa hazırlaşdığını və həkim olmaq istədiyini bildirib:
"4-cü qrup üzrə imtahanda iştirak edəcəyəm. Dərslərimə hazırlaşmağa başlayanda həmişə fikirləşirdim ki, Dövlət İmtahan Mərkəzindən 300 bal mesajı gələcək. Həmişə bu stimulla hazırlaşmışam. 9-cu sinifdə buraxılış fənləri üzrə hazırlaşdım. 10-cu sinifdə sadəcə riyaziyyatdan hazırlaşmışam. 11-ci sinifdən başlayaraq buraxılış fənlərinə hazırlaşıram".
Fidan 700 bal toplamağı hədəfləyir.
"Əlbəttə, məqsədim 700 baldır. Eyni stimulla hazırlaşıram. İnanıram ki, yaxşı olacaq. 11-ci sinifə qədər həmişə həkim olmaq istəmişəm. Yüksək səviyyədə tibb təhsili almağı planlaşdırıram. Universitet olaraq Azərbaycan Tibb Universiteti seçmək, təhsilimi xaricdə tamamlamaq istəyirəm. İxtisası təhsil alandan sonra seçəcəyəm. Yaxşı hazırlaşmağım üçün valideynlərim, məktəb rəhbərliyi, müəllimlərim həmişə dəstək olublar". / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR