Malıbəyli və Quşçular qətliamının ildönümüdür

Malıbəyli və Quşçular qətliamının ildönümüdürErmənistan silahlı qüvvələrinin Şuşa rayonunun Malıbəyli və Quşçular kənlərində törətdiyi qətliamın ildönümüdür.
KONKRET.az xəbər verir ki, 31 il əvvəl – 1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini işğal edib, qətliam törədib.
Qarabağda müharibə başlayandan erməni silahlılarının daim hücumlarına məruz qalan Malıbəyli və Quşçular kəndlərinin əhalisi mühasirə şəraitində düşmənə layiqli müqavimət göstərib.
Hər tərəfdən ermənilərin sıx məskunlaşdığı yaşayış məntəqələri ilə əhatə olunmuş bu kəndlərin yeganə əlaqə vasitəsi vertolyot idi. 1991-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyotun erməni silahlıları tərəfindən vurulmasından sonra Malıbəyli və Quşçular kəndlərinin ətraf ərazilərlə əlaqəsi tamam kəsilib.
Bir neçə gün davam edən blokada və hücumlardan sonra erməni silahlı birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin iştirakı ilə fevralın 9-dan Malıbəyli və Quşçular kəndləri üzərinə geniş miqyaslı hücuma keçib.
Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, evlər, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.
İşğal nəticəsində 50-dək dinc sakin qətlə yetirilib, əsir götürülüb, yüzlərlə insan yaralanıb.
Malıbəyli və Quşçular kəndlərinin işğalından sonra erməni terrorçularının Xocalıya yolu açılıb. Erməni silahlı birləşmələri Malıbəyli və Quşçulardan sonra fevralın 17-də Qaradağlıda qətliam, fevralın 26-da isə Xocalıda soyqırımı törədib.
Qeyd edək ki, Malıbəyli və Quşçular kəndləri 44 günlük Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındadır.

Hadisə       Tarix: 11 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri haqqinda melumat son xeberler azerbaycan cəbhədən ən son xəbər cəbhədən son xeber