"Manat devalvasiyaya uğrayacaq" - İqtisadçı TARİX AÇIQLADI

Xəbər verdiyimiz kimi, ABŞ-də prezident seçkiləri ilə bağlı praymerizlər (ilkin seçkilər) başlayıb. ABŞ-nin sabiq Prezidenti Donald Tramp seçkilərdə namizəd olmaq üçün partiyasından namizədliyini irəli sürüb. Artıq Tramp Nyu-Hempşir ştatında keçirilən ilkin seçkilərdə rəqibi Nikki Heyliyə qalib gələrək, Respublikaçılar Partiyasının namizədi olmağa bir addım da yaxınlaşıb. Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi üçün verdiyi vədlərdən biri də neftin qiymətini 30-40 dollara enəcəyi olub.
Bəs neftin qiymətinin enməsi nəticəsində Azərbaycanda devalvasiya ola bilərmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açılama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bir müddət manatın məzənnəsi sabit saxlanıla bilər:
"Təbii ki, neft qiymətlərinin Azərbaycan iqtisadiyyatında və Azərbaycan manatının dayanıqlılığında mühüm rolu var. Azərbaycan manatı obrazlı dildə desək, kağız neftdir. Öncəliklə, Trampın prezident seçilməsindən sonra neftin bu qədər ucuzlaşması sual altındadır. Ciddi ehtimallar var, amma neft qiymətlərinin düşməsinin dərhal manata təsir edəcəyini söyləmək çətindir. Çünki bizdə məzənnə inzibati olaraq, yəni Mərkəzi Bank və hökumətin verəcəyi qərardan asılıdır. Hələlik Azərbaycanın valyuta rezervləri neft bir müddət ucuz qalsa belə, manatı sabit saxlamağa imkan verir".
Mütəxəssisin sözlərinə görə, növbəti iki il ərzində məzənnədə müəyyən dəyişikliklərin olması gözləniləndir:
"Yenə də Azərbaycanda uzun müddət sabit valyuta rejiminin qalmayacağı aydındır. Çünki biz 2005-2015-ci illərdə 10 il müddətində sabit rejimdə yaşadıq sonradan 3 pilləli devalvasiyaya getmək məcburiyyəti yarandı. İndi də artıq 8-ci ilə keçdik ki, biz hələ də sabit məzənnə rejimində yaşayırıq. 1 dolların 1,70 manat olması inzibati qaydada müəyyənləşdirilib. Bir müddətdən sonra istər-istəməz manatın məzənnəsində dəyişikliyə getmək məcburiyyəti yaranacaq. Bu hadisə 2024-cü ildə olmasa da, 2025-in sonu, ya da 2026-ci ilin əvvəli üçün mümkündür. Neft qiymətlərinin aşağı düşməsi də bu prosesi sürətləndirəcək".

Sosial       Tarix: 24 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler cəbhədən son məlumatlar oxu.az xeberler valyuta