"Mançester Siti" səfərdə qələbə qazandı
Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
Publika.az xəbər verir ki, "Park de Prens" stadionunda mərhələnin ən maraqlı görüşündə Fransanın "Paris Sen-Jemen" klubu İngiltərənin "Mançester Siti" komandasını qəbul edib.
Almaniyalı FIFA referisi Feliks Brixin idarə etdiyi görüş 2:1 hesabı ilə "Mançester Siti" klubunun qələbəsi ilə başa çatıb. Oyunda hesabı meydan sahibləri 15-ci dəqiqədə açıb. Anxel Di Mariyanın kunc ötürməsindən sonra hamıdan tez topa yetişən Markinyos dəqiq baş zərbəsi ilə topu qapıya göndərib.
Fasilədən sonra hücumların kəsərin artıran Mançester təmsilçisi hesaba tarazlıq gətirib. Qarşılaşmanın 64-cü dəqiqəsində Kevin De Brünye uzan məsafədən fərqlənib. Matçın 71-ci dəqiqəsində "şəhərli"lər hesabda önə çıxıb. Hakimin təyin etdiyi cərimə zərbəsini Riyad Mahrez dəqiq yerinə yetirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Xatırladaq ki, ötən gün yarımfinalın ilk oyununda İngiltərənin təmsilçisi "Çelsi" İspaniyada "Real Madrid"lə heç-heçə edib - 1:1. Bu komandalar arasında cavab görüşləri bir həftə sonra təşkil olunacaq.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq