Maradonanın doğulduğu ev tarixi abidə oldu
Dünyaca məşhur futbolçu Dieqo Maradonanın doğulduğu ev Argentinada tarixi abidə kimi tanınıb.
Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Alberto Fernandes fərman imzalayıb.
Fərmanda deyilir ki, Buenos-Ayres əyalətinin Villa Fiorito qəsəbəsində yerləşən Dieqo Armando Maradonanın evi milli tarixin abidəsi kimi tanınsın.
Qeyd edək ki, Maradona 1960-cı il oktyabrın 30-da doğulduğu ev gecəqondular məhəlləsində yerləşir. Ev məhəllənin giriş hissəsinin qabağında kiçik tikilidir. Ev üç otaqlıdır, onun yanında isə Maradonanın ilk məşqinə başladığı futbol meydançası olub.
FİFA rəsmi saytında keçirilən səsvermədən sonra Maradona 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb. Həmçinin, təşkilat 1986-cı il iyunun 29-da Meksikada keçirilən dünya çempionatının 1/4 finalında Argentina millisinin qalib gəldiyi oyunda Maradonanın İngiltərəyə vurduğu topu "əsrin qolu" adlandırıb.
Maradona cəmi bir neçə ildən sonra həmin qolu əli ilə vurduğunu etiraf edib.
Böyük futbolçu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var