Marneulidə azərbaycanlı müəllim şagirdləri diz çökdürərək cəzalandırdı: İşdən çıxarıldı - FOTO
Marneuli rayonunun kəndlərindən birində gürcü dili müəllimi Rəhman Musayev məktəbdə dərs keçdiyi şagirdləri cəzalandırmaq üçün alçaldıcı metod seçib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, o, şagirdləri lövhənin qarşısında dizi üstə çökdürərək dərs keçib və şagirdlərin bu vəziyyətdə fotolarını paylaşıb.
Onun bu hərəkəti yerli ictimai fəalların etirazına səbəb olub.
Yaranmış narazılıq fonunda müəllim işdən çıxarılıb.
Bu barədə sözügedən məktəbin direktoru açıqlama verib.
O, R.Musayevin istefasının qəbul edildiyini açıqlayıb: "Rəhman müəllim bu gün gəldi, istefa ərizəsini təqdim etdi. O, bir neçə müddət əvvəl əməliyyat olunmuşdu, indi də gəldi istefa ərizəsini verdi və səhhətində problemlər olduğuna görə, artıq məktəbdə işləmək istəmədiyini söylədi".
Qeyd edək ki, Rəhman Musayev eyni zamanda "Gürcü Arzusu" partiyasının Marneuli Bələdiyyə Məclisindəki deputatıdır.
///qaynarinfo
/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var