Marselo Real Madriddən ayrıldı

Marselo Real Madriddən ayrıldıReal Madrid klub tarixində ən çox kubok qazanan və 15 illik karyerasına son qoyan Marselo ilə vida mərasimi keçirib. 
KONKRET.az xəbər verir ki, 34 yaşlı braziliyalı futbolçu Türkiyədə oynayıb-oynamayacağı ilə bağlı sualı da cavablandırıb.
Mərasimdə klub prezidenti Florentino Peres, menecerlər, məşqçi Karlo Ançelotti, bəzi futbolçular və braziliyalı futbolçunun ailəsi iştirak edib .
2007-ci ildə Real Madridə transfer olan Marselo klubda keçirdiyi 15 ildə 25 kubok qazanıb. Braziliyalı futbolçu Madrid komandası ilə 545 matçda 38 qol vurub və 103 məhsuldar ötürmə edib.
Real Madrid tarixində ən çox kubok qazanan Marselo vida mərasimində göz yaşlarını saxlaya bilməyib, "Mən özümü sadəcə futbol oynamağa həsr edirəm. Həyat yoldaşıma təşəkkür etmək istəyirəm, çünki futbol oynamağa başladığım gündən o, həmişə yanımdadır. Bugünkü halım onun sayəsindədir" dedi.
Roberto Karlosu hər zaman "ən yaxşı futbolçu və kumir" olaraq gördüyünü xatırladan Marselo , "Real Madridə onu əvəz etmək üçün gəldim. Amma hamımızın fərqli hekayələri var və öz hekayəmi yazdım" dedi.
Braziliyalı ulduz, "Türkiyədə oynayacaqsan?" sualına da cavab verib.
"Bilmirəm. Gələcəyimlə bağlı qərar verəndə, bəlkə bunu İnstaqramda izah edərəm" deyə cavab verib .
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

İdman       Tarix: 14 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) – "Qarabağ" görüşü baş tutub. . KONKRET.azxəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağda

FIFA DÇ-dən bu qədər pul qazandı

FIFA bu yay baş tuan dünya çempionatından əldə olunan rekord gəliri açıqlayıb. KONKRET.azxəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Məlumata görə, ali futbol qurumu turnirdən 15 milyard dollar (25,

"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov

"Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə cavab oyununa çıxacaq. xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov səfər matçından öncə komandanı

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək. F. Lütfəliyev

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da yüksəlib. milliaz-a istinadən xəbər verir ki, buna "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qazandıqları qələbələ

Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2034-cü il futbol üzrə dünya çempionatı (DÇ-2034) 2035-ci ilə təxirə salına bilər. KONKRET.azxəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Buna səbə

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Qarışıq döyüş növləri (MMA) üzrə tanınmış braziliyalı idman ustası Mişel Pereyranın UFC karyerasına nöqtə qoyulub. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə "MMA Fighting" nəşrinin insayderi Gilyerme Kru

UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır

"Neftçi" UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır. bildirir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək

"Sabah" 12 milyona stadion aldı, Masazırdan köçür

Son Azərbaycan çempionu "Sabah" Masazırdan köçəcək. -a istinadla bildirir ki, "bayquşlar" "Liv Bona Dea Arena"nı AFFA-dan satın alıb. Bunun üçün "Sabah" rəhbərliyi 12 milyon manat ödəyib


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun kriminal xeber axsam.az xeberler iqtisadiyyat xeberleri bugun