Masallıda mahnı sifarişi üstündə kütləvi DAVA

Masallıda mahnı sifarişi üstündə kütləvi DAVAMasallı rayonunda 1996-cı il təvəllüdlü Munis Əlibəyli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Nemət Rüstəmova xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, Munis Masallı şəhəri, "Azərbaycan" prospektində yerləşən tanışının işlətdiyi çay evində olarkən həmin vaxt orada olan əvvəllər tanımadığı Masallı rayonu Bala Təklə kənd sakini Nemətin mahnı sifariş verərək oynamasını özünə və ətrafında olan şəxslərə qarşı saymazlıq, qərəzli münasibət hesab edib.
Munis çay evinin içərisində Nemətlə sözlə mübahisə edib. Həmin vaxt ətrafında olan tanışları onları ayırdıqdan sonra çay evini tərk edən Nemətin yanına gedərək onunla çay evinin qarşısında mübahisə edib. Onu təhqir edib.
Daha sonra Munis Nemətə qarşı zor tətbiq edərək yumruqla onun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Onu yerə yıxaraq müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Munisin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nemətin sözlərinə görə, yolda həmkəndliləri Kənan, Nərsir və Qasimlə rastlaşıb və onlara birlikdə çay içməyi təklif edib:
"Həmin şəxslərdə mənim təklifim ilə razılaşdıqları üçün birlikdə çay evinə getdik. Çay evinə gəldikdən sonra orada musiqi səsləndi və biz rəqs etdik. Bizim rəqs etməyimiz Munis və yanında olanlara pis təsir etdi. Bu səbəbdən aramızda mübahisə yarandı və dalaşdıq".
Nemət qeyd edib ki, həmin vaxt mübahisələri 3-5 dəqiqə davam etdi:
"Çay evində təxminən 25-30 nəfər şəxsin də ayrı-ayrı masalarda oturaraq çay və pivə içib musiqi dinlədiklərini gördüm. Daha sonra oradan çıxmaq istədiyimiz zaman həmin şəxslərdən biri mənə "özünü yaxşı apar" dedi. Mən hesabı ödəyib çay evinin həyətinə çıxdım. Orada həmin şəxslərlə mübahisəmiz davam etdi. Daha sonra mənə təpik atdılar. Mən də qarşılıq verdim. Sonra isə Munis burnuma yumruq vuraraq burnumu sındırdı və müvazinətimi itirərək yerə yıxıldım. Bu zaman Munis yanında olan 6-7 nəfər şəxslə bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmağa başladı. Daha sonra həmin şəxslər getdilər. Bundan sonra hadisəni uzaqdan görən həmkəndlilərim Qasim, Nəsir və Kənan yanıma gəldilər. Məni yerdən qaldırdılar və məndən kimin vurduğunu soruşdular. Mən isə həmin şəxsləri tanımadığımı, üzdən görəcəyim zaman tanıyacağımı dedim".
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Munis ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Onun sözlərinə görə, Nemətin həmin vaxt onunla mübahisəsi olub:
"Daha sonra Tərlanla mübahisə etdim. Nemət mənimlə mübahisə edən zaman bir-birimizi itələdik. Lakin mən Neməti vurmamışam. Nə kafenin içində, nə də ki çölündə. Nemətlə mübahisə etmiş olsaq da, bir-birimizi söyməmişik. Kafenin çölündə baş verənlərdən xəbərim yoxdur. Ola bilsin ki, Nemət havanın dumanlı olması səbəbindən mənim onu vurduğumu deyib. Çünki dostlarımın dediyinə görə həmin vaxt hava dumanlı olub. Nemətlə kafedə aramızda olan mübahisə musiqinin səsi və olan səs-küylə bağlı olub. Nemətlə hər hansı bir düşmənçiliyim yoxdur. Mən kafedən çıxdığım zaman Nemətin yerdə yıxılmış vəziyyətdə olduğunu görmüşəm".
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Munis aylıq qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 3 ay müddətə islah işləri cəzasına məhkum edilib.//Demokrat.az

Hadisə       Tarix: 25 sentyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun xəbər en son xəbərlər bugün son xeberler bu gun