Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı
Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib.
KONKRET.az bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, gənc oğlan özünü nəqliyyat müəssisəsinin sürücüsü kimi qələmə verib və avtobusu nəzərdə tutulan avtoban marşrutu əvəzinə şəhərin qərb rayonlarına doğru yönəldib. Daşıyıcı şirkətin nümayəndələri GPS sistemi vasitəsilə nəqliyyat vasitəsinin yerini təyin edə biliblər. Polis əməkdaşları avtobusu avtovağzaldan bir neçə kilometr aralıda saxlayıblar. Hadisə nəticəsində salondakı sərnişinlərdən heç kim xəsarət almayıb.
Saxlanılan şəxs polis bölməsinə aparılıb. Onun barəsində nəqliyyat vasitəsini qanunsuz ələ keçirmə və sürücülük hüququ olmadan idarəetmə faktları üzrə cinayət işləri qaldırılıb. Protokollar tərtib edildikdən sonra gənc yaxın qohumunun qəyyumluğuna verilib.
Həmin qanunsuz hərəkətləri törədən şəxs daha əvvəl də dəfələrlə analoji əməllər törədib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı
"İranın uzantıları dövlətimizi hədəfə alır" – Azər Həsrət
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - FOTOLAR
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: "Uşaqları ideologiyaya girov etmək cinayətdir
Paytaxtın bu yolları bağlı olacaq
AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub
Marsol Group-un Yaponiya biznes turu Osakadan başlayıb - FOTOLAR
Dünya bazarında qızılın qiyməti artıb
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək