Masazır kəndində həyata keçirilən qanunsuz tikintinin qarşısı alındı

Masazır kəndində həyata keçirilən qanunsuz tikintinin qarşısı alındıSon günlər bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə Masazır kəndi ərazisində "Talk.TV" İnternet Televiziyasının müxbiri Təbriz Mirzəyə qarşı jurnaslit fəaliyyəti aparan zaman Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təzyiqə və təhdidə məruz qalması barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. T.Mirzə özünün "facebook" sosial şəbəkə səhifəsində yanlış məlumatlar yayaraq içtimaiyyəti çaşdırmağa, əsl həqiqəti gizlətməyə çalışmışdır.
Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə əlaqədar bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Talıbov Əjdər Fərrux oğlu Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsində Masazır kəndi ərazisində ona məxsus 0,22 ha torpaq sahəsində Seymur adlı şəxs tərəfindən qanunsuz tikinti işlərinin həyata keçirildiyini bildirmişdir.
Vətəndaşın müraciətinin araşdırılması zamanı əraziyə baxış keçirilmişdir. Bu zaman Zaur, Rafiq və Fuad adlı şəxslər tərəfindən ərazidə 8 (səkkiz) sayda evin qanunsuz şəkildə tikintisinin həyata keçirildiyi məyyən olunmuş və aparılan inşa işlərinin qarşısı alınmışdır. Məlumat üçün qeyd edək ki, sözügedən torpaq sahəsi Masazır bələdiyyəsinə məxsusdur və adları qeyd olunan şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Qanunvericiliyin tələbləri qanunsuz tikinti aparan şəxslərə izah olunmuş və Fuad adlı şəxsin özü tərəfindən aparaılan tikintinin bir hissəsi sökülmüşdür.
Lakin sonradan adları qeyd olunan şəxslər əraziyə özünü "Talk" TV-nin əməkdaşı kimi təqdim edən Təbriz Mirzə adlı şəxsi dəvət edərək orada RİH-nin əməkdaşlarını təhqir və şantaj əməlləri etməklə qanunsuz tikinti işlərini davam etdirməyə cəhdlər etmişlər.
Bununla əlaqədar olaraq RİH tərəfindən ərziyə polis çağrılmış və qanunsuz tikinti işləri növbəti dəfə dayandırılmışdır.
Torpaq sahəsinin zəbti faktı ilə əlaqədar yuxarıda adları qeyd olunan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Masazır bələdiyyəsi tərəfindən müvafiq akt tərtib edilərək baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda rayon İcra Hakimiyyəti tərəfindən də Abşeron rayon Polis İdarəsinə məktub ünvanlanaraq qanunsuz şəkildə həyata keçirilən tikinti işlərinin qarşısının alınmasına köməklik göstərilməsi xahiş olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində həyata keçirilən bütün qanunsuz tikinti işlərinin və torpaq zəbtlərinin qarşısı qətiyyətlə alınacaqdır.
Masazır kəndində həyata keçirilən qanunsuz tikintinin qarşısı alındı

Sosial       Tarix: 02 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou beynelxalq bank mezenne kriminal xeber