Masazırda 26 yaşlı oğlan gecə oteldə qadını boğub öldürdü
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin "isti izlərlə" açılması təmin edilib.
Baş Prokurorluq və Daxili işlər Nazirliyindən bu gün daxil olan birgə məlumata görə, oktyabrın 31-i gecə saat 05 radələrində Masazır qəsəbəsində yerləşən otellərin birində 1990-cı il təvəllüdlü Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var