Maştağada şok olay: 14 yaşında gəlin, 16 yaşında ana oldu, 32 yaşında isə… - Təfərrüat

Maştağada şok olay: 14 yaşında gəlin, 16 yaşında ana oldu, 32 yaşında isə… - TəfərrüatBakıda arvadını və qayınatasını öldürməyə cəhddə ittiham olunan Abbas Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
azxeber.com "teleqraf.com"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə ittiham açıqlanıb.
Məlum olub ki, Abbas Mirzəyev cinayət işi üzrə zərərçəkmiş Nigar Mirzəyevanın həyat yoldaşı olub. Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Hadisə günü qayınatası Vaqif Seyidovun evinə gələn Abbas əvvəlcə Nigara çoxsaylı bıçaq xəsarətləri yetirib.
Daha sonra araya girən Vaqif də bıçaq xəsarəti alıb.
İstintaq orqanı tərəfindən Abbasın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham verilib.
Məlum olub ki, Abbasın həyat yoldaşı Nigar onun bibisi qızıdır. Nigar Abbasla 14 yaşında ailə qurub. Onun erkən nikaha girməsinə səbəb isə anası Sevda olub.
Həmin dövrdə ağır xəstəliyə tutulan Sevda Seyidova qızının ərə verməklə ölümündən əvvəl övladının ailə qurması arzusunu həyata keçirib.
Qızını 14 yaşında ərə verən xəstə ana illər sonra şəfa tapıb. O, qızının ölümünə cəhd ittihamı üzrə məhkəmədə ifadə verən şahidlərdən biri olub.
Sevda ifadəsində bildirib ki, zəhərli zob xəstəliyindən əziyyət çəkib. Bu xəstəlikdən dünyasının dəyişəcəyini düşünən qadın qızının qardaşı oğlu ilə evlənməsinə razı olub:
"Fikirləşdim ki, qardaşım oğludur. Mən ölərəm, o, qızıma yaxşı baxar.
Bu evliliyə razı oldum. Ən böyük səhvim yetkinlik yaşına çatmayan qızımın ərə getməsinə razılıq verməyim idi. Azyaşlı çağında ər evinə getsə də, xoşbəxt olmadı.
16 yaşında ana oldu, 32 yaşında isə onu əri öldürmək istədi. Bu mənim üçün ağır dərddir. Bu hadisəyə görə özümü günahkar bilirəm. Bir ana kimi günahkaram".
Sevda ifadəsində qeyd edib ki, heç bir günahı olmayan qızını əri yola vermir. 14 yaşında gəlin olan qızına şər-böhtan atırlar.
Abbas Mirzəyev isə ifadəsində həyat toldaşının yolunu azdığını, başqası ilə münasibət saxladığını deyib. O, həmçinin övladının atasının başqası olduğunu da dilə gətirib.
Sevda isə Abbasın belə ifadə verməsi ilə yalan danışdığını deyib. O, qardaşı oğluna həqiqəti danışmağı tövsiyə edib: "Abbas, sən burda düzünü danış. Mən də səni bağışlayım".
Abbas israrla həyat yoldaşının xəyanəti ilə üzləşdirini bildirib.
Növbəti proses fevralın 3-də davam edəcək.

Sosial       Tarix: 23 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber xeberler az meherremlik 2026 sonxabar az