Məhkəmə Əvəz Zeynallını ev dustaqlığına buraxmadı

Məhkəmə Əvəz Zeynallını ev dustaqlığına buraxmadı"Xural Yayınları" MMC-nin həbsdə olan baş direktoru Əvəz Zeynallının ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Əvəz Zeynallının şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaqla vəzifəli şəxs olan "Xural Yayınları" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun "Baku Steel Company" şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Daha sonra Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz müdaxilə göstərmə-nüfuz alveri) maddəsi ilə də əlavə ittiham irəli sürülüb.
///apa / azxeber.com

Sosial       Tarix: 26 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar valyuta məzənnələri futbol xeberleri xeberler bugun