Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb.
Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açaraq uşaqlıqda yaşaya bilmədiyi hissləri illər sonra tamaşaçıları ilə bölüşdüyünü bildirib.
"Uşaqlar nazlarını valideynlərinə edirlər. Mənim anam da, atam da var idi, amma sanki yox idilər. Onlara edə bilmədiyim nazı sizə etmişəm. Əgər sizi əsəbiləşdirmişəmsə, bunu uşaqlığıma bağışlayın", - o, göz yaşları içində bildirib.
O, daha əvvəl sosial şəbəkədə canlı yayım zamanı anası ilə münasibətlərinin uzun illər mürəkkəb olduğunu açıqlayıb.
"Anamı iki ildir görmürdüm. Uşaqlıqdan, ögey atama görə aramızda problemlər olmuşdu. Amma buna baxmayaraq, övlad kimi maddi və mənəvi baxımdan əlimdən gələn hər şeyi son günə qədər etmişəm", - Erbil bildirib.
"Dəfnə getmək ürəyimdən gəlmədi"
Məşhur şoumen daha sonra qatıldığı verilişlərdən birində anasının dəfn mərasiminə niyə getmədiyini də izah edib.
"Anama haqqımı halal etmişəm. Amma dəfninə gedə bilmədim. Ürəyimdən gəlmədi. Uşaqlığımdan bu günə qədər içimdə qalan bir inciklik var. Buna baxmayaraq, övladlıq vəzifələrimi sonuna qədər yerinə yetirmişəm. Anama maddi yardım etmişəm, hətta mənə bu qədər əziyyət verən ögey atama da müntəzəm pul göndərmişəm", - o, vurğulayıb.
///lent.az///

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA