Meksikada həbsxanadakı iğtişaşda 14 nəfər öldü - YENİLƏNİB
Meksikada həbsxanada baş verən iğtişaş zamanı ölənlərin sayı artıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Hadisə nəticəsində 14 nəfər həlak olub. Onlardan 10-u təhlükəsizlik işçisidir.
İğtişaş ABŞ sərhədinə yaxın olan Xuares şəhərindəki həbsxanada olub.
Bir qrup silahlı cinayətkar məhbusların bir qismini azad etmək üçün həbsxanaya soxulub.
***
01:14
Meksikanın şimalındakı Çiuaua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanada iğtişaşlar baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə "El Universal" məlumat yayıb.
Qeyd olunub ki, iğtişaşlar zamanı 10 mühafizəçi və 4 məhbus həlak olub. Hələlik rəsmi təsdiqi olmayan məlumata görə, 20-dən çox məhkum həbsxanadan qaça bilib, onların axtarışı aparılır.
Şəhər prokurorluğu yaydığı açıqlamada ölən və yaralananlarla bağlı heç bir məlumat verməsə də, hazırda həbsxanada vəziyyətin nəzarətə alındığını və səlahiyyətlilərin hadisənin baş vermə şəraitini aydınlaşdırmağa başladığını qeyd edib.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır