Məktəblilərimizdən Avropa İnformatika Olimpiadasında növbəti uğurlu nəticə
"Azercell Telecom" MMC-nin dəstəyilə hazırlıq keçən şagirdlər medal və mükafata layiq görülüblər
19-25 sentyabr 2022-ci il tarixlərində informatika fənni üzrə Yeniyetmələrin Avropa Olimpiadasına onlayn qatılan məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş medala, Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell, ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük əhəmiyyət verir.
2017-ci ildən etibarən məktəblilərimizin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell"in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərdən ibarət milli komandamız İnformatika fənni üzrə beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 11 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 38 medal əldə edib. / azxeber.com

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu