Mələkxanım Əyyubova: "Qızımın aparıcı olaraq seviləcəyinə əminəm" - FOTO

Mələkxanım Əyyubova: Mələkxanım Əyyubova: "Qızımın aparıcı olaraq seviləcəyinə əminəm" - FOTO
Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-də yayımlanan "Telesəhər" verilişində aparıcılıq edib.
Oxu.Az xəbər verir ki, Nəzrin Nəcəfzadə martın 20-də efirə çıxıb.
Xatırladaq ki, aktrisa Aidə Cəbiyevanın qəfil proqramdan ayrılması bu prosesi sürətləndirib.
Qızının aparıcılıq fəaliyyəti ilə bağlı təəssüratını öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Xalq artisti Mələkxanım Əyyubova ilə danışıb.
Xalq artisti qızına illər öncə özəl telekanallardan təkliflər gəldiyini söyləyib:
"Nəzrini illər öncə bir neçə özəl telekanal veriliş aparmağı təklif edib. Lakin Nəzrin imtina etmişdi ki, öz sənətim, öz işlərim var.
Lakin 1 ay öncə Azərbaycan Dövlət Televiziyasından mənə zəng gəldi. Nəzrini "Telesəhər" proqramında aparıcı olaraq görmək istədiklərini dedilər. Mən dəvəti rədd etmədim. Lakin qərarı özü verməli idi. Bu işə hazır olub-olmadığını o daha yaxşı bilir. Təbii ki, bacarar. Çünki o uşaqlıqdan televiziyadadır. Ailədə də görüb. "Bülbüllər" qrupunda dərs alıb. Rəssamlıq işləri ilə bağlı televiziyaya dəvət alıb. Televiziya Nəzrinin həyatında daim olub. İlk deyil".
Xanəndə qeyd edib ki, ilk başda Nəzrinin onun qızı olduğunu bilməyiblər:
"Nəzrini sosial şəbəkədə görüb, bəyəniblər. Əvvəlcə mənim qızım olduğunu bilməyiblər. Nəzrin onların hər bir kriteriyalarına uyğun gəlib. Və qərara alıblar ki, dəvət etsinlər".
M.Əyyubova qızının hər gün efirə çıxmayacağını əlavə edib:
"Bu iş Nəzrinin ayda 10 dəfə vaxtını alacaq. Bir həftədən bir 5 gün efirdə olacaq. Hər gün yox. Vaxt limiti Nəzrini də qane etdi. Çünki işləri çoxdur. Ona yorucu gələ bilərdi.
Əslində Nəzrin sentyabrda efirə çıxacaqdı. Lakin qismət belə imiş ki, tezləşdi. Qızım martın 20-də ilk efirinə çıxdı. Gələn həftədən müntəzəm şəkildə efiri aparacaq".
Mələkxanım Əyyubova sonda qızının bu işin öhdəsindən gələcəyinə əmin olduğunu qeyd edib:
"Bu bizim Dövlət Televiziyamızdan gələn təklif idi. Nəzrin də qəbul etdi. Tam hazır olmasa da yavaş-yavaş zaman və təcrübə ilə yaxşı olacaq. Tez bir zamanda öhdəsindən gələcəyinə əminəm. İnsanlar Nəzrini səmimi biri kimi çox sevirlər. Mənim qızım olduğu üçün sevilmir. O, sevgini özü qazanıb. Efirdə də seviləcəyinə əminəm".
Qeyd edək ki, N.Nəcəfzadə rəssamlıq fəaliyyəti ilə yanaşı, influenser kimi də məşhurdur. O, bir çox brendlərlə əməkdaşlıq da edir.
Mələkxanım Əyyubova: Nəzrin Vahid

Şou Biznes       Tarix: 22 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: '32 yaşımda düzgün diaqnoz qoyuldu

Aktrisa Pərvin Abıyeva keçirdiyi ağır xəstəliklə bağlı açıqlama verib. xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyindən əziyyət çəkdiyini və uzun illər düzgün diaqnoz qoyula bilmədiyini bildirib. "Bu əməliyyat Azərbaycand

Avropada müğənnilər məni təkrarlayırlar

"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur". axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artis

Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu

Müğənni Elçin Cəfərov yaradıcılığına daha bir yeni mahnı əlavə edib. xəbər verir ki, sənətçi bu dəfə "Olmaz olaydı" adlı mahnısını dinləyicilərin ixtiyarına verib. . Bəstənin sözləri Rafael Şabanova, musiqisi is

Ülkü Hilal Çiftçi məşhur filmdə rol alacaq

Türkiyənin məşhur "Aşk Tesadüfleri Sever" filminin üçüncü hissəsinin çəkilişlərinə 7 iyul tarixində start veriləcək. Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin baş rollarında Mehmet Günsür və Devrim Özka

"Harri Potter"in aktyoru öldü

"Harri Potter və ölüm yadigarları - 1-ci hissə" filmində yaşlı Gellert Qrindelvald obrazını canlandıran britaniyalı aktyor Maykl Börn 82 yaşında vəfat edib. xəbər verir ki, aktyorun ölümü ilə bağlı məlumat xaric

"Buna həqiqətən dəyərdimi, Haluk?" - Mahsun Kırmızıgül

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül iyulun 12-də saxlanılan "Ahbap" dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventlə bağlı paylaşım edib. xəbər verir ki, Mahsun instaqram hesabında bir zamanlar ən yaxı

Elgiz Əkbərin anası vəfat etdi

Aparıcı Elgiz Əkbərə ağır itki üz verib. xəbər verir ki, onun anası Xuraman xanım dünyasını dəyişib. Xuraman xanım Ağdaş rayonunda dəfn olunub. Mərhumun 3 mərasimi dəfn olunduğu Ağdaş rayonunda baş tutub. Allah rəhmət eləsin!

Elşən Ozan Akbaba ilə bir arada - Fotolar

Aktyor Elşən Orucov türkiyəli həmkarı Ozan Akbaba ilə bir araya gəlib. xəbər verir ki, sənətçilər "Çırak 2" serialının çəkiliş meydançasında görüşüblər. Ekran işində rol alan Elşən layihənin birinci hissəsində d

Müğənninin Azərbaycandan çıxışına 'stop' qoyulub

Müğənni Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyulub. xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, yay tətilinə də heç yerə gedə bilmir:. "2 aydır ölkədən çıxa bilmirəm. "Stop"u


son xeberler azerbaycan xeberleri yeni xeberler ensonxeberler ən son xəbər sonxəbərlər en son xeber