Mələkxanım Əyyubova: "Qızımın aparıcı olaraq seviləcəyinə əminəm" - FOTO

Mələkxanım Əyyubova: Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-də yayımlanan "Telesəhər" verilişində aparıcılıq edib.
Oxu.Az xəbər verir ki, Nəzrin Nəcəfzadə martın 20-də efirə çıxıb.
Xatırladaq ki, aktrisa Aidə Cəbiyevanın qəfil proqramdan ayrılması bu prosesi sürətləndirib.
Qızının aparıcılıq fəaliyyəti ilə bağlı təəssüratını öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Xalq artisti Mələkxanım Əyyubova ilə danışıb.
Xalq artisti qızına illər öncə özəl telekanallardan təkliflər gəldiyini söyləyib:
"Nəzrini illər öncə bir neçə özəl telekanal veriliş aparmağı təklif edib. Lakin Nəzrin imtina etmişdi ki, öz sənətim, öz işlərim var.
Lakin 1 ay öncə Azərbaycan Dövlət Televiziyasından mənə zəng gəldi. Nəzrini "Telesəhər" proqramında aparıcı olaraq görmək istədiklərini dedilər. Mən dəvəti rədd etmədim. Lakin qərarı özü verməli idi. Bu işə hazır olub-olmadığını o daha yaxşı bilir. Təbii ki, bacarar. Çünki o uşaqlıqdan televiziyadadır. Ailədə də görüb. "Bülbüllər" qrupunda dərs alıb. Rəssamlıq işləri ilə bağlı televiziyaya dəvət alıb. Televiziya Nəzrinin həyatında daim olub. İlk deyil".
Xanəndə qeyd edib ki, ilk başda Nəzrinin onun qızı olduğunu bilməyiblər:
"Nəzrini sosial şəbəkədə görüb, bəyəniblər. Əvvəlcə mənim qızım olduğunu bilməyiblər. Nəzrin onların hər bir kriteriyalarına uyğun gəlib. Və qərara alıblar ki, dəvət etsinlər".
M.Əyyubova qızının hər gün efirə çıxmayacağını əlavə edib:
"Bu iş Nəzrinin ayda 10 dəfə vaxtını alacaq. Bir həftədən bir 5 gün efirdə olacaq. Hər gün yox. Vaxt limiti Nəzrini də qane etdi. Çünki işləri çoxdur. Ona yorucu gələ bilərdi.
Əslində Nəzrin sentyabrda efirə çıxacaqdı. Lakin qismət belə imiş ki, tezləşdi. Qızım martın 20-də ilk efirinə çıxdı. Gələn həftədən müntəzəm şəkildə efiri aparacaq".
Mələkxanım Əyyubova sonda qızının bu işin öhdəsindən gələcəyinə əmin olduğunu qeyd edib:
"Bu bizim Dövlət Televiziyamızdan gələn təklif idi. Nəzrin də qəbul etdi. Tam hazır olmasa da yavaş-yavaş zaman və təcrübə ilə yaxşı olacaq. Tez bir zamanda öhdəsindən gələcəyinə əminəm. İnsanlar Nəzrini səmimi biri kimi çox sevirlər. Mənim qızım olduğu üçün sevilmir. O, sevgini özü qazanıb. Efirdə də seviləcəyinə əminəm".
Qeyd edək ki, N.Nəcəfzadə rəssamlıq fəaliyyəti ilə yanaşı, influenser kimi də məşhurdur. O, bir çox brendlərlə əməkdaşlıq da edir.
Mələkxanım Əyyubova: / azxeber.com

Şou Biznes       Tarix: 23 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber cəbhədən video krimnal xeber butun xeberler