Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? — RƏYLƏR

Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? — RƏYLƏRMüasir dövrdə informasiya bolluğuna baxmayaraq, saxta xəbərlər və dezinformasiyalarla mübarizə getdikcə çətinləşir.
Sosial şəbəkələrdə yayılan yalan məlumatlar ictimai rəyi çaşdırmaqla yanaşı, cəmiyyətin təhlükəsizliyi və sabitliyi üçün də ciddi risklər yaradır.
Belə vəziyyətdə jurnalistikanın ən önəmli işi doğru, etibarlı və məsuliyyətli məlumat verməkdir.
Məhz bu mövzuya diqqət çəkmək üçün 10 iyun tarixində Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü" mövzusunda təlim keçirilib.
Təlimdə BMT-nin Baş Qərargahında akkreditə olunmuş beynəlxalq jurnalistlər – Stefano Vakkara və Cordan Dakamseh öz bilik və təcrübələrini bölüşüblər. Faktların yoxlanılması (fact-checking), media savadlılığının artırılması və jurnalist etikasının qorunması ilə bağlı interaktiv müzakirələr aparılıb.
Bugünkü vəziyyətdə jurnalistika süni intellektin gətirdiyi yeni çağırışlarla üz-üzədir. Bəs görəsən, süni intellekt jurnalistikanı zəiflədəcək, yoxsa daha da gücləndirəcək?
azxeber.com xəbər verir ki, Gununsesi.info -ya şərh verən jurnalist Elman Cəfərlinin fikrincə, bir vaxtlar sosial şəbəkələr ortaya çıxanda belə bir fikir yaranmışdı ki, guya ənənəvi media öz aktuallığını itirəcək və arxa plana keçəcək:
Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? — RƏYLƏR"Amma nə oldu, sıradan çıxdımı? Xeyr, sıradan çıxmadı. Bu gün yenə ənənəvi media əsas, ciddi xəbər qaynağıdır. Sosial şəbəkələrdə fəaliyyət göstərən "xəbər spikerləri" populyardı. Bərbərlər, sürücülər, ustalar, bir sözlə kütlə onları dinləyir, inanır. Amma onların çoxu ənənəvi mediada yetişiblər və xəbəri qaynaq göstərək oxuyurlar. Deməli onları ayaqda tutan, ənənəvi mediadır. Çünki ənənəvi mediada xəbərin hazırlanması qaydası var. Xəbər dərc olunmazdan öncə qarşı tərəfin fikri öyrənilir. Ən azı buna cəhd edilir. Xəbər təqdim olunarkən peşə etikasına əməl edilir, təhqirə yol verilmir. Sosial şəbəkələrdə isə bu qaydalar keçərli deyil. Xəbər, hadisə ilə bağlı foto və videomateriallar filtrdən keçmədən paylaşılır. Ona görə də sosial şəbəkə səhifələri çox zaman etibarlı olmur. Oxucu yenə ənənəvi medianı izləmək zorunda qalır".
Elman Cəfərli qeyd edib ki, süni intellekt 4-cü sənaye inqilabının məhsuludur:
"Hər bir yenilik, istər-istəməz, müəyyən ajiotaj yaradır. Məsələn, kompüterləşmə dövründə ənənəvi redaksiyalarda operator ştatları ləğv edildi, onlayn medianın inkişafı isə çap mediasının geriləməsinə səbəb oldu. İndi isə süni intellektin jurnalistikaya təsiri danılmazdır.
Artıq dünyanın aparıcı kütləvi informasiya vasitələri avtomatlaşdırılmış sistemlər vasitəsilə maliyyə, idman və hava haqqında xəbərlər hazırlayırlar. Nüfuzlu KİV-lər süni intellektlə avtomatik xəbər yazan sistemlərdən istifadə edir. Hətta bizim mediada da bu texnologiyadan istifadə edərək xəbər və yazı hazırlayan jurnalistlər var.
Amma jurnalistika yaradıcı peşədir. Xüsusilə analitik yazılarda müəllifin şəxsi mövqeyi və çıxardığı nəticələr mühüm rol oynayır. Doğrudur, süni intellekt müəyyən dərəcədə bu funksiyanı yerinə yetirə bilir. Lakin hesab edirəm ki, orijinal və dəyərli məzmunu yenə də yaradıcı insanlar istehsal edirlər.
Fikrimcə, süni intellekt ənənəvi mediada bəzi peşələri, məsələn, tərcüməçini əvəz edə bilər.
Amma insan düşüncəsinin məhsulu olan, bədii və estetik baxımdan zəngin mətni süni intellekt hələlik yarada bilmir".
Gununsesi.info -ya danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bu məsələyə belə münasibət bildirib:
Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? — RƏYLƏR"Bir müddət öncə Bill Qeyts mediaya verdiyi müsahibədə bildirmişdi ki, yaxın 10 il ərzində mövcud peşələrin 90 faizinə ehtiyac qalmayacaq, hətta süni intellekt həkim və müəllimləri də əvəzləyəcək.
Görünən odur ki, süni intellektin təsir göstərəcəyi əsas sahələrdən biri də jurnalistika olacaq.
Artıq süni intellekt proqramları vasitəsilə istənilən mövzuda xəbər yazmaq, onu redaktə və korrektə etmək, sayta yerləşdirmək, xəbərə uyğun foto hazırlamaq, hətta təqdimat üçün virtual aparıcı seçmək mümkündür.
Lakin süni intellekt jurnalistikada hələlik üç əsas xüsusiyyəti əvəz edə bilmir:
Jurnalistin məsuliyyətini və etik prinsiplərini;
2. Araşdırma jurnalistikasını – xüsusilə internetdə olmayan məlumatlara əsaslanan, faktların dərinliyinə varan, insanlarla birbaşa görüşlər və gizli mənbələrlə aparılan işləri;
3. Jurnalistin milli və şəxsi hisslərini – yəni mövzuya yanaşmadakı insanilik və emosional baxışı".
Hacıbəy Heydərli əlavə edib ki, artıq bir çox nüfuzlu media qurumları süni intellekt texnologiyalarından geniş şəkildə istifadə edirlər:
"Məsələn, Bloomberg, Associated Press kimi media orqanları artıq hava və idman xəbəri hazırlayan əməkdaşları süni intellektlə əvəzləyiblər.
Süni intellekt idman nəticələrini, oyunun statistikalarını və hava göstəricilərini avtomatik toplayaraq anons və analiz formalaşdıra bilir.
Eyni zamanda xəbər saytları üçün xəbərləri avtomatik tərcümə edib yerli kontekstə uyğunlaşdırmaq qabiliyyətinə malikdir. Bu isə yaxın gələcəkdə mediada tərcüməçi-jurnalistlərə ehtiyacın azalacağı anlamına gəlir.
Süni intellekt sosial şəbəkələr üçün post və foto hazırlaya bilir ki, bu da SMM mütəxəssislərinə olan tələbatı azaldır.
Bundan əlavə, süni intellekt xəbərə uyğun şəkil yaradır, video icmal hazırlayır, istifadəçinin zövqünə uyğun seçilən virtual aparıcı ilə xəbəri təqdim edə bilir. Bu da dizayner, montajçı və teleaparıcı peşələrinə olan ehtiyacın azalmasına səbəb olur.
Lakin bütün bunlara baxmayaraq, süni intellekt jurnalistlərin yerini tam şəkildə tuta bilməz. Jurnalistlər bu texnologiyaları öyrənməli, onlardan düzgün şəkildə istifadə etməyi bacarmalıdırlar. Bununla yanaşı, təkrar və mexaniki işlərdən azad olub daha çox dərin, yaradıcı və analitik fəaliyyətə fokuslanmalıdırlar".
Məlumatla manipulyasiya arasında incə sərhəd: Süni intellekt jurnalistikaya necə təsir edir? — RƏYLƏR

Sosial       Tarix: 17 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber en sonxeber xabarlar cebheden xeber