Mən demokratik yolla deputat seçilmişəm' - Aqil Abbasdan Erkin Qədirliyə cavab
"Bu Erkin Qədirlinin öz şəxsi fikridir. Ona nə demək olar. Demokratik yolla seçilən nə qədər istəsən adam saya bilərəm".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas həmkarı Erkin Qədirlinin "Azərbaycanda demokratik yolla seçilən deputat yoxdur" fikrinə münasibət bildirərkən deyib.
Aqil Abbas qeyd edib ki, YAP-ın üzvləri çoxdur və onlar partiyanın namizədinə səs verirlər:
"Demokratik yolla seçilən deputat çoxdur. YAP-ın üzvü çoxdur, onlar gedib səs verirlər. Bu Erkinin şəxsi fikridir, ona nəsə demək olmaz".
Aqil Abbas, həmçinin özünün demokratik yolla seçildiyini deyib:
"Mən özüm haqda deyə bilərəm ki, demokratik yolla seçilmişəm. Heç bir partiyanın üzvü deyiləm, 4-cü dəfədir deputat seçilirəm. Gedin Ağcabədidə, Füzulidə, Ağdamda maraqlanın, görəcəksiniz ki, demokratik seçilmişəm, ya yox. Təkcə mən səs verənlərin içində kəndimdən, doğulduğum torpaqdan 5 minə qədər adam var, Abbasov, Vəliyev soyadlı şəxslər var. Onlardan soruşun".
Aydın Nuri

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var